Bu bayram xalqımızın əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edir
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"31: dekabr - Azərbaycan xalqının milli birliyini, tərəqqisini əks etdirən Həmrəylik Günü hər il bütün Dünya azərbaycanlıları tərəfindən xoş bir ənənə olaraq qeyd edilir.
Bu bayram eyni zamanda xalqımızın əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında da mühüm əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ictimai birliyi sədri İlham İsmayılov Azərbaycan xalqına ünvanladığı bayram təbrikində qeyd edib.
İlham İsmayılov bildirib ki, ATXƏM İB də öz növbəsində uzun illərdir dünyanın müxtəlif ölkələrində məskunlaşan, fəaliyyət göstərən soydaşlarımız arasında milli, mənəvi birliyin, həmrəyliyin yaranması, diasporamızın inkişaf etməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdılrılması və Türk Dünyası birliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir:
"Xalqımızı sarsıdan, tariximizə yazılmış faciələrin gələcəkdə bir daha təkrarlanmaması diləyilə bütün dünya azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir və dövlətimizin daha da güclənməsi, inkişaf etməsi yönündə uğurlar arzulayırıq!".
Süleyman
Baxış sayı:34
Bu xəbər 31 Dekabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















