Trampın sülh səyləri ruslara ölüm gətirir BBC
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son 10 ay ərzində Rusiyanın Ukraynaya qarşı müharibədəki itkiləri 2022-ci ildə tammiqyaslı işğalın başlanğıcından bəri ən sürətli şəkildə artıb.
Axar.az xəbər verir ki, bu barədə BBC-nin təhlilində deyilir.
Bildirilib ki, Tramp administrasiyasının təzyiqi altında 2025-ci ildə sülh səyləri gücləndikdə, Rusiya mənbələri əvvəlki ilə nisbətən 40% daha çox əsgər ölümü ilə bağlı nekroloqun dərc edildiyini bildiriblər.
Ümumilikdə, BBC jurnalistləri Ukraynada Rusiya tərəfində döyüşərək həlak olan təxminən 160 min insanın adını təsdiqləyiblər.
Qeyd olunur ki, faktiki ölüm sayı daha çoxdur və hərbi ekspertlər BBC-nin təhlilinin ümumi sayın yalnız 45-65%-ni əks etdirə biləcəyinə inanırlar.
Buna görə də, hesab edilir ki, Rusiya ordusunda ölənlərin sayı 243 min ilə 352 min arasında dəyişir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 31 Dekabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















