Icma.az
close
up
RU
Avroviziya təmsilçilərimiz indi nə işlə məşğuldurlar? SİYAHI

Avroviziya təmsilçilərimiz indi nə işlə məşğuldurlar? SİYAHI

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Ölkəmiz 2008-ci ildən etibarən beynəlxalq  tədbir olan Avroviziya Mahnı Müsabiqəsində iştirak edir. Hər il fərqli müğənnilər Azərbaycanı bu müsabiqədə təmsil edirlər. Onlar tək ya da qrup şəkilində səhnəyə çıxaraq geyimləri, səsləri, rəqsləri və səhnə şouları ilə avropalı musiqisevərləri təəccübləndirməyi bacarıblar. Avroviziya orada iştirak edən bəzi müğənnilərimiz üçün sonuncu nailiyyət, bəziləri üçün isə musiqi sənətində irəliləmək üçün tranpilin olub. Bu gün Avroviziya iştirakçılarımızdan sənətə davam edənlər olsa da sənətçi tərk edənlər də az deyil.

Bu dəfə BAKU.WS saytı olaraq iştirakçılarımız hazırda nə işlə məşğul olduğunu araşdırdıq.

Sözügedən araşdırmanı oxuculara təqdim edirik:

Azərbaycanı ilk dəfə 2008-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində müğənnilər Elnur Hüseynov və Samir Cavadzadə təmsil ediblər. Onlar "Day After Day"

(Gündən-günə) 132 xalla 8-ci yerdə qərarlaşıblar. Samir Cavadzadə Avroviziyadan sonra da sənətinə davam etdi. O əvvəllər efirlərdə daha çox görünürdü. Son zamanlar isə çox nadir hallarda verilişlərə çıxır. Elnur Hüseynov isə demək olar ki, efirlərə çıxmır. Ara bir layihələr təqdim edtsə də, o daha çox elit məclislərdə yer alır. 

Növbəti il, yəni 2009-cu ildə ölkəmizi mötəbər müsabiqədə müğənnilər Aysel Teymurzadə & Araş təmsil ediblər. Onlar müsabiqədə 3-cü yeri tutublar. Aysel Teymurzadə müsabiqədən az sonra sənətdən uzaqlaşıb. O Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Cütlüyün 2024-cü ildə boşanması ilə bağlı şayiələr yayılıb. Aysel uzun illərdən sonra iki üç gün əvvəl sənətə qayıtdı. O ilk dəfə yayın prestijli festivalı "Dream Fest-2025"də iştirak etdi. Fərqli tərzi və mahnıları ilə müzakirələrə səbəb oldu 

Müğənni Safura Əlizadə 2010-cu ildə "Drip Drop" (Damla-damla) mahnısı ilə 5-ci yeri tutub. O Avroviziya Mahnı Müsabiqəsindən sonra mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlük uzun illərdir Türkiyədə yaşayır. Safura ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. O bir neçə il əvvəl yeni layihə ilə qayıdaraq fanatlarını sevindirdi. Lakin ifaçının bu fəaliyyəti qısa çəkdi. Safura hazırda özünün çanta brendini yaradıb və onunla məşğuldur.

Müğənnilər Ell & Nikki, Eldar Qasımov və Nigar Camal isə 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqədə ölkəmizə birincilik gətiriblər. 

Onlar Avroviziyadan sonra da sənətlərini davam etdirirlər. Hər iki məşhur verilişlərdə və elit məclislərdə yer alırlar. Yeni layihələr təqdim edirlər. 

Avroviziya təmsilçilərimizdən olan müğənni Səbinə Babayeva "When the Music Dies" (Musiqi Öləndə) mahnısı ilə 4-cü yeri tutub. O yarışmadan sonra ailə qurub və sənətdən uzaqlaşıb. Səbinə son zamanlar arada bir efirlərdə görünür. 

Müğənni Fərid Məmmədov İsveçin Malmö şəhərində keçirilən müsabiqədə "Hold Me" (Məni Tut) mahnısı ilə ikinci yerin sahibi olub. O müsabiqədən sonra 2016-cı ildə Nigar adlı xanımla ailə qurub və müğənniliyin daşını atıb. O indi xanımıyla Amerikada yaşayır. İfaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir. 

2014-cü ildə müğənni Dilarə Kazımova ölkəmizi "Start a Fire" (Bir Atəş Başlat) mahnısı ilə təmsil edib. Sənətçi bu günə qədər sənətdədir. O daim fərqli fotosessiyalar və layihələr təqdim edir. Dilarə daim hitə çevrilən mahnılar və müzakirələrə səbəb olan kliplər təqdim edir. 

Müğənni Səmra Rəhimli İsveçin Stokholm şəhərində "Miracle" (Möcüzə) mahnısı ilə ölkəmizi təmsil edib. O sənətə davam edir. Son zamanlar tədbirlərdə və məclislərdə görüntülənir. 

Avroviziya təmsilçimiz Diana Hacıyeva (Dihaj) Skeletons (Skeletlər) mahnısı ilə ölkəmizi təmsil edib. O hazırda sənətdədir. Ölkəmizi bir çox xarici festivallarda təmsil edir. 

Müğənni Aysel Məmmədova  "X My Heart" (X Mənim Ürəyim) mahnısı ilə ölkəmizi təmsil edib. O hazırda sənətdədir. Aysel hərdən fəqrli layihələr təqdim edir.

Müğənni Çingiz Mustafayev İsrailin Təl-əviv şəhərində keçirilən müsabiqədə "Truth" (Həqiqət) mahnısı ilə ölkəmizi təmdil edib. O 8-ci yeri tutub. Çingiz Mustafayev hazırda sənətinə davam edir. O konsertlər keçirir və sufi tərzli mahnılar ifa edir. Çingiz həm də Bakıda evlərin dizaynı ilə məşğul olan şirkət qurub. 

Müğənni Samirə Əfəndiyeva Niderlandın Rotterdam şəhərində "Mata Hari" (Mata Hari)  mahnısı ilə çıxış edib. O hazırda da səhnə fəaliyyətində davam edir. Samirə daha çox ölkəmizi beynəlxalq festivallarda və avroviziya tədbirlərində təmsil edir. 

2022-ci ildə İtaliyanın Turin şəhərində keçirilən Avroviziyada ölkəmizi Nadir Rüstəmli "Fade to Black" (Qaralmaq) təmsil edib. O müsabiqədən sonra sənəti tərk etmədi. Hazırda fəaliyyətinə davam edir. 

Müğənnilər Tural Bağmanov və Turan Bağmanov ölkəmizi müsabiqədə "Tell Me More" (Mənə daha çoxunu danış) mahnısı ilə təmsile diblər. Onlar müsabiqədən sonra sənətə davam etməyiblər. 

Ötən il isə ölkəmizi Avroviziyada Fəxri İsmayılov və İlkin Dövlətov təmsil ediblər. Onlar müsabiqədən sonra sənətə davam edirlər. Müxtəlif verilişlərə dəvət alırlar və fərlqi mahnılar oxuyaraq tədim edirlər. 

Bu il Azərbaycanı Avroviziya Mahı Müsabiqəsində "Mamagama" qrupunun üzvləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov təmsil ediblər.  Onlar "Run with U" mahnısı ilə çıxış ediblər. Qrup finala adlaya bilməyib. Onlar Avroviziyadan sonra hələ ki, sənət fəaliyyəti yoxdur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri