Avrozonada investorların inamı 12 ayın ən yüksək səviyyəsinə çatıb
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada investorların inamı 12 ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, Avrozonada investorların iqtisadiyyata inamı Almaniya iqtisadiyyatında bərpa siqnalları ilə iyun ayında son 12 ayın ən yüksək səviyyəsinə çatıb.
Frankfurtda yerləşən və bazarlarla bağlı araşdırmalar aparan Sentix şirkəti iyun ayına dair Avrozona Ümumi İnvestor İnam İndeksi məlumatlarını açıqlayıb.
Buna əsasən, may ayında mənfi 8,1 punkt olan Avrozona Ümumi İnvestor İnam İndeksi 0,2 punkta yüksəlib. Bu, iyun 2024-dən bəri qeydə alınan ən yüksək səviyyədir. Halbuki indeksin mənfi 6 punkta qalxacağı gözlənilirdi.
İnvestorların qarşıdakı 6 ayla bağlı gözləntilərini ölçən Proqnozlar İndeksi isə 3,8-dən 14,3-ə yüksəlib. İndeks son iki ayda ümumilikdə 30,1 punkt artaraq diqqət çəkib.
Cari Vəziyyət İndeksi isə mənfi 19,3 punktdan mənfi 13 punkta qalxaraq, yenə də iyun 2024-dən bəri ən yüksək səviyyəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 İyun 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















