Icma.az
close
up
RU
Avrozonada özəl sektorun aktivliyi son 7 ayın ən yüksək səviyyəsinə çatıb

Avrozonada özəl sektorun aktivliyi son 7 ayın ən yüksək səviyyəsinə çatıb

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstehsal sektoru proqnozlaşdırılandan daha çox yüksəldiyi üçün Avrozonada işgüzar aktivlik mart ayında yeddi ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Avrozonada S&P Global-ın ilkin Kompozit PMI indeksi 50,2-dən 50,4-ə yüksələrək kritik həddi keçib. Bu göstərici avqust ayından bəri ən yüksək səviyyə kimi qeydə alınıb. İndeksin 50-dən yuxarı olması sektorda artıma işarə edir.

Gözlənti indeksin 50,7 olması idi. Bu artım əsasən yüz milyardlarla avro dəyərində infrastruktur və müdafiə xərcləri paketini açıqlayan Almaniyadan qaynaqlanıb.

İstehsalat sektoru analitikləri müsbət şəkildə təəccübləndirərkən, xidmət sektoru — hələ də böyüməyə davam etməsinə baxmayaraq — proqnozlardan aşağı olub. Avrozonada istehsalat PMI fevral ayındakı 47,6-dan 48,7-yə yüksəlib, xidmət PMI indeksi isə 50,6-dan 50,4-ə geriləyib.

Fransada da müsbət dinamika müşahidə olundu

Fransada ilkin PMI indeksi 46,6-ya yüksəlib, lakin yenə də 50 həddini keçə bilməyib. İstehsalat PMI 45,8-dən 48,9-a, birləşmiş PMI isə 45,1-dən 47-yə yüksəlib.

Hamburq Ticarət Bankının iqtisadçısı Sirus de la Rubia bildirib: "Avropanın müdafiə və infrastruktur sahələrinə böyük investisiya qoymaq istəyi nəzərə alınsa — Almaniyada buna uyğun olan tarixi maliyyə paketi yalnız keçən həftə təsdiqlənib — daha davamlı bir bərpa ümidi əsaslı görünür."

Avropa Mərkəzi Bankı da bu ay iyun ayından bəri altıncı dəfə faiz dərəcələrini azaldaraq bazardakı gərginliyi yumşaldıb. Lakin hökumət xərclərinin artması inflyasiyanı artıracağı üçün bankın vəzifəsini çətinləşdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri