Ərdoğan açıqladı: İllik 700 ədəd istehsal ediləcək
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Batmanda öz imkanlarımızla istehsal etdiyimiz süni tənəffüs aparatları həm xəstəxanalarımızda istifadə olunur, həm də 45 ölkəyə ixrac edilir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12-ci Türk Tibb Dünyası Konqresində çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, dünyada çox az sayda istehsalçı tərəfindən hazırlanan ürək-ağciyər aparatı tamamilə yerli imkanlarla istehsal edilib istifadəyə verilib:
“Hazırda məqsədimiz yerli ultrasəs cihazını istehsal etməkdir və sözügedən cihazdan illik 700 ədəd istehsal etməyi də planlaşdırırıq. Bunları yalnız yeni bir başlanğıc hesab edirik. Məqsədimiz daha böyük uğurlara imza atmaqdır. Müdafiə sənayesində necə uğur hekayəsi yazmışıqsa, səhiyyə sektorunda da eyni nailiyyəti əldə edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 31 Oktyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















