Avstriyada faciə: Fiqurlu konkisürmə üzrə İtaliya çempionu həlak olub
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Fiqurlu konkisürmə üzrə İtaliya çempionu Culiya Mari Qeyzer 23 yaşında faciəvi şəkildə vəfat edib.
İdman.biz xəbər verir ki, idmançı velosipedini müəyyən edilmiş zolaqda sürərkən yol ayrıcında dönən yük maşını onu vurub.
Xilasedicilər dərhal hadisə yerinə gəlsələr də, idmançını xilas edə bilməyiblər. O, hadisə yerində ölüb. Yük maşınının sürücüsü, 46 yaşlı kişi alkoqol testi verib və nəticə mənfi olub.
Qeyzer Bressanonedə (Cənubi Tirol, İtaliya) anadan olub, lakin son illərdə Avstriyada yaşayıb və Zalsburqda məşq edib. Faciənin hansı şəraitdə baş verdiyini Avstriya rəsmiləri araşdırır.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu vəfat edib
31 Yanvar 2025 14:15
Rusiyalı fiqurlu konkisürmə üzrə olimpiya çempionu Alina Zagitova Mirotvorets bazasına daxil edildi
17 Sentyabr 2025 15:35
Bakıda fiqurlu konkisürmə üzrə Qran Pri
25 Sentyabr 2025 10:31
İtaliya millisi voleybol üzrə dünya çempionu olub
07 Sentyabr 2025 21:05
Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub
19 Aprel 2025 17:40
Baxış sayı:92
Bu xəbər 16 Sentyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















