Icma.az
close
up
RU
Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstriyada keçən il sentyabrın 29-da baş tutan parlament seçkilərindən sonra hökumət böhranı dərinləşməkdə davam edir. Yeni formatda koalisiya danışıqları bu gün də uğursuzluqla başa çatıb və siyasi qüvvələr arasında ortaq məxrəc əldə etmək mümkün olmayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandırıb və hökuməti qurmaq üçün ona verilmiş mandatdan geri çəkilib. Bununla da sağçılar və mərkəzçilər arasında qurulması gözlənilən koalisiya iflasa uğrayıb.

Qeyd edək ki, yanvar ayının 5-də dövlət başçısının mandatı əsasında seçkilərdə 28,8 faiz səslə qalib gələn sağçı radikal Avstriya Azadlıq Partiyası (FPÖ) yeni hökuməti təşkil etmək üçün Avstriya Xalq Partiyası (ÖVP) ilə danışıqlara başladı. Seçkilərdə 26,2 faiz səslə ikinci yer tutan mərkəzçi-mühafizəkar ÖVP daha öncə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) ilə bir neçə ay davam edən danışıqlar aparıb və yeni ilin ilk günlərində tərəflər arasındakı fikir ayrılığı səbəbilə bu danışıqlar uğursuzluqla nəticələnmişdi.

Bundan sonra seçkilərdə qalib gələn FPÖ ikinci yerdəki ÖVP ilə koalisiya danışıqlarına start verdi və ilk günlərdən mətbuata sızan məlumatlarda danışıqların çətin irəlilədiyi, tərəflərin siyasi baxış və resurs bölgüsündə ciddi fikir ayrılığına sahib olduğu bildirilirdi. Yekun olaraq daxili işlər və maliyyə kimi mühüm nazirliklərin hansı tərəfdaşın səlahiyyət dairəsində olması barədə gərginlik danışıqların dalana dirəndiyini açıq şəkildə nümayiş etdirdi.

FPÖ sədri Herbert Kikl mətbuat açıqlamasında danışıqların pozulmasında qarşı tərəfi günahlandırıb. O, partiyasının danışıqlarda dəfələrlə qarşı tərəfə doğru addım atdığını, lakin ÖVP tərəfindən həlledici mövzularda heç bir güzəştli yanaşma müşahidə olunmadığını qeyd edib.

ÖVP tərəfindən isə bildirilib ki, danışıqlarda ilk mərhələdə birgə hökumət üçün prinsipial şərtlər və öhdəliklər, eləcə də resurs bölgüsü müəyyənləşməli, sonrakı mərhələdə isə məzmun və detal danışıqları baş verməli idi. Lakin prinsipial baza şərtlərinə məhəl qoymayan FPÖ-nün və beş həftə davam edən danışıqlarda H.Kiklin cəmi 7 saat danışıqlar masası arxasında əyləşməsi bu partiyanın yanaşmasını açıq şəkildə ortaya qoyub.

İndi gündəmdə olan əsas sual budur: A.Van der Bellen digər partiyalar arasında koalisiya qurulması variantını nəzərdən keçirəcək, yoxsa ölkədə təkrar parlament seçkilərinin keçirilməsi istiqamətində açıqlama verəcək?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri