Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Avtobus və metro nəqliyyatının uzlaşması necə TƏMİN OLUNUB? Bakıda tətbiq olunan beynəlxalq təcrübə

Avtobus və metro nəqliyyatının uzlaşması necə TƏMİN OLUNUB? Bakıda tətbiq olunan beynəlxalq təcrübə

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sərnişinlərin məmnunluğunun və təhlükəsizliyinin təmin olunması ictimai nəqliyyat sektorunda başlıca hədəfdir. Bu hədəflərə çatmaq üçün  bütün nəqliyyat növlərinin rahat inteqrasiyası zəruridir. Bu mənada paytaxtımızdakı əsas nəqliyyat növlərini bir məkanda birləşdirən nəqliyyat mübadilə qovşaqlarının (HUB) yaradılması artıq beynəlxalq təcrübədə öz təsdiqini tapıb.
Sınaqdan çıxmış bu uğurlu təcrübə bəs, ölkəmizdə necə tətbiq olunur? Bu istiqamətdə hansı tədbirlər görülüb?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Bizim.Media"ya bildirilib ki, Bakıda avtobus nəqliyyatının metro nəqliyyatı ilə uzlaşdırılması istiqamətində mobilliyin transformasiyası proqramı çərçivəsində son illər davamlı layihələr həyata keçirilir:
“Belə ki, paytaxtda beynəlxalq təcrübədə uğur qazanmış HUB-ların - Nəqliyyat Mübadilə Mərkəzləri (NMM) yaradılmasına başlanılıb. Hamısı bir yerdə” prinsipi işləyən (“All in one”) “28 May”, “Koroğlu” (metrostansiyanın şimal və cənub çıxışlarında), “Gənclik” və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Nəqliyyat Mübadilə Mərkəzləri yaradılıb.

28 May NMM-dən gündə 16 müntəzəm marşrut üzrə 259 avtobus və 181 min sərnişin keçir. Bu mərkəzin unikallığı onun Bakı dəmiryolu vağzalının və ən işlək metro stansiyalarından birinin yaxınlığında yerləşməsidir. Bundan əlavə, ərazidə bir neçə müəssisə, o cümlədən “ASAN-Kommunal” mərkəzi, ali təhsil müəssisəsi, xəstəxana, böyük ticarət və əyləncə mərkəzi, həmçinin parklar, çoxsaylı pərakəndə satış obyektləri, xidmət və iaşə obyektləri yerləşir.
Bura şəxsi avtomobillərin girişi qadağan edilib, geniş piyada keçidləri və mikromobillik zolaqları, həmçinin elektrik avtobusları üçün enerji doldurma məntəqələri quraşdırılıb”.
“Koroğlu” metrostansiyası yağınlığında görülmüş işlər
Paytaxtımızda sərnişin axınının ən çox olduğu ərazilərdən biri də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı ərazidir:
“Burada Bakı kəndlərinə gedən çoxlu sayda avtobus marşrutlarının aralıq və əsasən son dayanacaqları, həmçinin dəmir yolu stansiyası yerləşir. Bu ərazi mötəbər yarışların keçirildiyi Olimpiya Stadionu və Milli Gimnastika Arenasına yaxındır. Olimpiya kəndi yaxınlığındakı şimal qovşağından hər gün 31 marşrut üzrə 326 avtobus keçir və daşınan sərnişinlərin sayı 228 min 200 nəfəri ötür.

Eyni zamanda, stansiyanın cənub çıxışında özündə avtobus, taksi dayanacağı, metro və dəmiryolu stansiyası,  şəxsi və ictimai nəqliyyat  dayanacağını (park and ride) birləşdirən multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb. Vətəndaşlar burada şəxsi avtomobillərini saxlayıb, ictimai nəqliyyatla şəhər mərkəzi və digər  istiqamətlərdə səfərlərini davam etdirə bilərlər.
Bu qovşaqdan gün ərzində 15 müntəzəm marşrut xəttinə xidmət göstərən 200-ə yaxın avtobus, 126 minə yaxın sərnişin keçir. Hər iki NMM nəqliyyatın sıx hərəkət etdiyi Heydər Əliyev prospektinə çox yaxın məsafədə yerləşir. Bu da avtobusların qovşağın ərazisinə tez daxil olub, qısa müddətdə  yola çıxmasına imkan verir”.
“Gənclik” NMM nə ilə fərqlənir?
“AYNA-dan bildirilib ki, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən NMM də strateji əhəmiyyətə malikdir:
“Nəqliyyat və sərnişin sıxlığının yaşandığı bu ərazidə daha bir böyük idman arenası – T. Bəhramov adına Respublika Stadionu, şəhər sakinləri və qonaqları arasında çox məşhur ticarət və əyləncə mərkəzi, bir çox yaşayış binaları, böyük təhsil və səhiyyə müəssisələri, parklar var. Bundan əlavə, hazırda yaxınlıqda,  Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyov küçələri arasındakı ərazidə yeni park salınır. Bütün bu amillər “Gənclik” NMM-nin əhəmiyyətini xeyli artırır.

Hazırda bu qovşaqdan 12 marşrut xətti üzrə hərəkət edən 220 avtobus keçir, 154 min sərnişinə xidmət göstərilir”.
Avtovağzalda tətbiq olunan təcrübə
“Ölkənin şəhər və rayonlarına sərnişindaşımaların təşkilində əsas rol oynayan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki qovşaq nəqliyyat sistemində strateji əhəmiyyətli yer tutur. Burada “Avtovağzal” metrostansiyasının istifadəyə verilməsi ilə bu nəqliyyat mübadilə mərkəzinin əhəmiyyəti daha da artıb. Sumqayıt şəhərinə gedən, yaxud oradan iş və təhsil üçün paytaxta gələn böyük sərnişin axınını nəzərə alsaq, bu, xüsusilə aktualdır.

Bakının istənilən yerindən çoxsaylı avtobuslarla və ya metro ilə Avtovağzala gəlib buradan Sumqayıta  getmək olar. Dayanacağı “Avtovağzal” metrostansiyasının yaxınlığında yerləşən 595 nömrəli Bakı-Sumqayıt ekspress marşrutu üzrə komfortlu “Neoplan” avtobusları hərəkət edir. Hazırda bu nəqliyyat mübadilə mərkəzindən gün ərzində  27 marşrut xətti üzrə 249 avtobus keçir və 174 300 sərnişin daşınır”.
Sərnişin məmnunluğu hansı səviyyədədir?
Qurumdan o da bildirilib ki, avtobus nəqliyyatı ilə metro nəqliyyatının uzlaşdırılması böyük ölçüdə sərnişin məmnunluğuna səbəb olub:
“Aparılan təhlillər və əldə edilən göstəricilər sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün qovşaqların olduqca vacib olduğunu göstərir. Ona görə də bu layihə bundan sonra da davam etdiriləcək. Avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq üçün NMM-lərin sayı yaxın gələcəkdə artırılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri