Avtobusa minmədən gediş haqqı tutulur Səbəb bu imiş RƏSMİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı sakinləri metro və avtobusdan istifadə etmədikləri halda kart balansından gediş haqqının çıxması ilə bağlı narazılıqlarını bildiriblər.
Redaktor.az “Yeni Sabah”a istinadla xəbər verir ki, məsələ ilə bağlı “Bakıkart”ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova bildirib ki, kartlardan ödənişlərin çıxması “bir dəfəlik keçid imkanı” və “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsipləri ilə bağlıdır:
“BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər; balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir”.
Qurumdan qeyd olunub ki, bu mexanizmlər texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil:
“Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.
Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, BakıKart-a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















