Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu RƏSMİ
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtda fəaliyyət göstərən 157 nömrəli marşrut xəttində hərəkət edən avtobuslarda havaların kəskin isti keçməsinə baxmayaraq kondisionerlərin işlədilmədiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, sərnişinlər avtobusların salonunda yüksək temperaturun müşahidə olunduğunu, bu səbəbdən xüsusilə günün isti saatlarında səfərin çətinləşdiyini bildirirlər.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:

"Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir. Sözügedən marşrutun daşıyıcısına da nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib".
Fatimə Dadaşova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 İyul 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















