Icma.az
close
up
RU
Avtobusda sıxlıq yarananda arxa qapıdan minmək qadağandır? Rəsmi CAVAB

Avtobusda sıxlıq yarananda arxa qapıdan minmək qadağandır? Rəsmi CAVAB

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bakıda sərnişin sıxlığının artdığı saatlarda avtobuslarda sərnişinlərin orta və arxa qapılardan mindirilməsi ilə bağlı fərqli yanaşmalar müşahidə olunur. Bəzi “BakuBus” sürücüləri sıxlıq zamanı orta və arxa qapıları sərnişinlərin minməsi üçün açsa da, bəzi sürücülər bunun onlara cərimə tətbiq olunmasına səbəb ola biləcəyini bildirərək həmin qapılardan sərnişin mindirmirlər. Bu isə sərnişinlər arasında sözügedən məsələ ilə bağlı qaydaların necə tənzimləndiyi barədə suallar yaradır.

“BakuBus”un tabeliyində olan avtobuslarda sıxlıq zamanı orta və arxa qapılardan sərnişin mindirilməsinə icazə verilirmi? Əgər buna icazə verilmirsə, orta və arxa qapılardan sərnişin mindirən sürücülər hansı məsuliyyətlə üzləşirlər və onlara cərimə tətbiq olunurmu?

Redaktor.az məsələ ilə bağlı "BakuBus"a sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.29.3-cü bəndinə əsasən, üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir.

"Bu norma ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkil olunmasına xidmət edir və yalnız “BakuBus” MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur.

Lakin bəzi hallarda – xüsusilə pik saatlarda sərnişin sıxlığının artdığı zamanlarda, ön qapıda yaranan növbələr səbəbilə bəzən sərnişinlər sürücüdən arxa və ya orta qapıdan minmək üçün icazə istəyirlər. Bu kimi hallar zamanı bəzi sürücülər vəziyyəti idarə etmək məqsədilə operativ qərar verərək müvəqqəti güzəştə gedə bilirlər.

Qeyd etmək istərdik ki, bu cür güzəştlər istisna xarakteri daşıyır və qaydaya ziddir. Belə hallar baş verdikdə “BakuBus” MMC-nin Onlayn Monitorinq Mərkəzi tərəfindən dərhal araşdırılır. Əgər müəyyən edilərsə ki, sürücü bu qərarı əsaslı səbəb olmadan verib, ona qarşı xəbərdarlıq və ya töhmət kimi inzibati tədbirlər tətbiq olunur.

“BakuBus” MMC sərnişinlərə müraciət edərək qanunvericiliklə müəyyən olunmuş bu qaydalara əməl etməyə və avtobuslara yalnız ön qapıdan daxil olaraq kartla ödəniş etməyə çağırır. Bu yanaşma, xidmətin şəffaflığını, təhlükəsizliyini və səmərəliliyini təmin etmək baxımından vacib əhəmiyyət daşıyır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri