Avtobusdan düşüb yolu keçən tələbə qızı maşın vurub öldürdü Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Masallı rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi "Mercedes" markalı 10 UT 770 N-li avtomobillə yolu keçən kənd sakini 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.
Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















