Avtobuslarda gediş haqqı 1 manat olacaq? KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Son günlər ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı ehtimallar yenidən gündəmdədir. Xüsusilə, 2026-ci ildən etibarən avtobus və metroda gediş haqqının 1 manata qaldırılacağı barədə yayılan iddialar cəmiyyətdə narahatlıq yaradıb. Məsələnin sosial təsirləri, xüsusən də aztəminatlı təbəqəyə mümkün yükü barədə suallar aktuallığını qoruyur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda bununla bağlı dəqiq məlumat yoxdur:
“Gediş haqqı artırılmasa daha yaxşıdır. Çünki aztəminatlı ailələr, insanlar var. Onlara bu, çox ciddi mənfi təsir göstərir. Ümid edirəm ki, qalxmayacaq”.
Ekspert əlavə edib ki, gediş haqqının artırılması sosial təbəqələr arasında narazılığa səbəb ola bilər və qərar verilərkən əhalinin maddi vəziyyəti nəzərə alınmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 25 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















