Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Hər iki oğlum nağıllarımın qəhrəmanıdır Şəhid ANASI

Hər iki oğlum nağıllarımın qəhrəmanıdır Şəhid ANASI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu payız XAN payızdır. Yenə gəlişi ilə yurdumuza xanlıq, torpaq rəngində bər-bəzək gətirib. Əziz oxucularım, sizə payızımızı Xan payız edənlərdən danışmaq istəyirəm. 5 il əvvəl bu payızın ilk günlərindən gözümümzün yuxusu çəkildi, gecəmiz-gündüzümüzə qarışdı.  Hər gün qələbəyə inandıq, hər gün xoş xəbər gözlədik. Boylu-buxunlu oğulların qapılara gedən tabutları da anaların-atalarıın inamını qırmadı. Hər biri dedil ki, təki Vətən torpaqları azad olsun! Təki düşməndən qisasımız alınsın! Həmin intizarlı, kəşməkeşli və vüqarlı günlərdə  gözünə yuxu getməyən analardan biri də Masallının Viləş (keçmiş Kalinovovka kəndi) kəndində yaşayan şəhid anası Ziba Əsgərova idi.

Ziba Əsəgrova ilə 2017-ci ildə tanış olmuşdum. 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş oğlu Nurlan Əsgərlinin adını tutub qapısını döymüşdüm. O gün, bu gün ürəyimdə bir qəhrəman ana, qəhrəman azərbaycanlı qızı kimi özünə məskən saldı. Təmkini, dünyagörüşü, səbri ilə məni heyran etdi.  “Qalibiyyət: şəhidlər və şahidlər” kitabımda Ziba Əsəgərova və Xüsusi Təyinatlı Kəşfiyyat bölümünün kəşfiyyatçısı İntiqam Əsgərlinin də xatirələrini qələmə aldım. İntiqamın üzünü görmədim, çox çətinliklə telefon əlaqəsi yaradıb qardaşı haqqında danışmasını istədim. Dedi ki, aprel döyüşlərində qardaşımla eyni taborda döyüşürdük. Mən irəlidə idim. Sonra xəbər gəldi ki, qardaşım yaralanıb. Gedib onun yaralandığı yerə çatanda gördüm ki, qardaşım can verir... Son nəfəsində dediyi söz isə bu oldu: “Kaş ki, Şuşada şəhid olaydım...”.

İntiqam söhbətimizin sonunda məndən xahiş etdi ki, qardaşının ölüm səhnəsini yazmayım, yoxsa ki, anasının ürəyi dözməz.  İntiqamın sözündən çıxmadım... Heç bundan sonra da yazan deyiləm. Bir ona sevinirəm ki, nə yaxşı ki, İntiqamın səsini bu günə kimi arxivimdə qoruyub saxlayıram.

...Bu gün Zəfərə gedən yola çıxmağımızın 5 ili tamam olur. Fikirləşdim ki, Ziba xanım Əsgərova ilə bir balaca söhbət edim.  Oxucularımla Ziba xanımla yeni söhbətimizi paylaşıram.

- Ziba xanım, bilirəm, sizin üçün çox çətindir. Ancaq iradənizə, gücünüzə inanıram deyə, yenə soruşuram, 5 il bundan əvvəlki 27 sentyabrı necə xatırlayırsınız?

- Aprel döyüşləri başlayanda hər iki oğlum Nurlan və İntiqam Əsgərlilər qızgın döyüşlər gedən savaş bölgəsində idilər. 2020-ci ilin sentyabr ayında isə İntiqam evə gələrək mənə dedi ki: “Ana səndən hallalıq almağa gəlmişəm”. İntiqamım o sözü deyəndə dedim: “Oğul, analıq haqqımı sənə halal edirəm! Sənə güvənim böyükdür. İndi de görüm, nəyə görə bunu istəyirsən?!”

İntiqamım dedi ki, "ana müharibə başlayır. Qardaşıma, dostlarıma söz vermişik ki, onların, qocaların, körpələrin qisasını alacağıq. Torpaqlarımızı düşmən tapdağından təmizləməyə söz vermişdik. İndi o vaxt yetişib".

Bir də İntiqam məni inandıraraq dedi ki, “ana bilirsən bizim necə güclü ordumuz var?! Bizim ordumuz elə bir ordudur ki, Ali Baş Komandanımızın əmrini, sadəcə bir əmrini gözləyirik ki, biz Qələbə ilə qayıdaq”. Ordumuzun necə güclü olduğundan, güvənindən və birliyindən danışmışdı İntiqamım...

Ziba xanım danışdıqca “İntiqamım, Nurlanım” deyir. Və onun oğullarının adını belə çəkməsi məni haldan –hala salır. Düşünürəm ki, ana deyir ki, o oğullar mənimdir, varımdır, yanımdadır, canımdadır... Onları kimsəyə vermərəm... Onlar mənimdir. O, “İntiqamım, Nurlanım” - dedikcə inanmaq istəyirəm ki, onlar  sağ-salamatdırlar.


...Ziba Əsgərova söhbətinə davam edir:

- Mən İntiqamımı bu yoldan döndərməyə cəhd etmədim. Onun müharibəyə getməsini evdə yalnız mən bildim ... nə atası Bayram kişi, nə də  həyat yoldaşı. İntiqamımın o vaxt bir qızı var idi.  Evdən çıxanda mənə dedi ki, "ana, Nurun üzündən öpdüm, gəlinə də heç bir söz demədim. Çünki gəlinə desəm ki, döyüşə gedirəm, soruşacaq ki, nə vaxt  qayıdırsan?! Mən ona yalan deyə bilməzdim. Əgər qismətimdə sağ-salamat dönmək varsa, necə ki, aprel döyüşlərindən sağ-salamat qayıtdım, bu döyüşdən də yenə qayıdacam. Əgər qismətimdə cavan ölmək varsa, kənarda ölsəm, bu məni yandırar, əgər şəhid olsam, onda rahat olaram. Ana, mən bu yola çıxıramsa, dövlətimə güvənirəm".

Sonuncu dəfə 5 oktyabrda telefonla  danışdıq İntiqamımla. Əhval-ruhiyyəsi elə yüksək idi ki... Dedi kli, ana tezliklə qələbə xəbərimnizi eşidəcəksiniz. Uğurumuz vardır. Elə oğlum kimi mən də, ailəmiz də qələbəyə inanırdıq. Həmin günlər Ali Baş Komandanın əzmi, "Dəmir yumruq" simvolu,  xalqın birliyi, ordunun gücü və bir də Allaha inamımız bizi ancaq yaxşı düşünməyə sövq edirdi.  Cənab Prezidentin hər  müraciətindən sonra, içərimizdə bir ümid də çoxalırdı. Evlərimizə Qələbə sevincinin işığı axırdı. Biz sevinirdik ki, oğlumuzun qisası alınır.

Artıq Qələbəyə sayılı günlər qalmışdı. Deyirdilər ki, müharibə bitir. Oğlumla danışa bilmirdik.  Hərbi hissəsinə zəng vurduq. Dedilər ki, onlar əməliyyat –kəşfiyyat işlərini görürlər. Əlaqə qurmaq olmur.  Qələbə xəbəri yayılandan sonra bildik ki, İntiqam 9 noybarda Şuşa azad olunandan sonra, düşmənin atdığı güllədən həlak olub.  16 noyabrda onun tabutunu gətirdilər. Biz biləndə ki, İntiqamın oğlu olacaq, o xəbəri İntiqama deyə bilmədik.

İntiqamımın da qismətinə şəhidlik düşdü. Qardaşının şəhid olmaq istədiyi Şuşada özü şəhid oldu. Bir ana üçün  iki oğlu şəhid olmaq çox ağır dərddir, çox çətindir. Ancaq dəyərli insanlar, vətənpərvər insanlar bizim yanımızda dayandılar, arxa-dayaq oldular. O ağrı-acını yaşamağa, bizə ayaq üstə durmağa kömək etdilər.


- Ziba xanım ötən 5 ildə həyatınızda nə dəyişdi, nələr oldu?

- Şuşanın alınma xəbəri gələndə elə sevinirdim ki... Fikirləşirdim ki, İntiqamımla Şuşaya gedərəm, Nurlanımın tabutunun üstünə sarılan bayrağı Şuşaya apararam. Ancaq İntiqamın da şəhbidlik xəbərini alanda çilik-çilik oldum... Həm qələbə sevinci, həm ikinci övladımın şəhid xəbəri bizi elə vəziyyətə saldı ki... Deyir insan yıxıla-yıxıla ayağını yerə bərk basar, əzilə-əzilə möhkəmlənər. O zaman özümə söz verdim ki, İntiqamımın, Nurlanımın göstərdikləri şücaətə, şərəfə layiq olaraq ayaqda durmalıyam. Kimsə bizi ağlayan, bükülən görməsin. Çünki   mənim övladlarım həm dövlətimizə, həm də bizə güvənirdi ...

Nurlanın şəhidliyindən iki il sonra İntiqamı birtəhər yola gətirib, evləndirdik. Bir qızı dünyaya gəldi. İntiqamım “Nur” adı verdi qızına ki, qardaşının adını yaşatsın. Amma Vətən müharibəsi bitəndən sonra  İntiqamdan xəbərsiz  2021-ci ilin aprelində oğlu dünyaya gəldi. İntiqamımın əmanəti. Biz  atasının adını nəvəmizə  verdik. İndi bizim evimizdə həm İntiqamımız , həm də Nurumuz böyüyür. Sağ olsun dövlətimiz bizim arxamızdadır. Nur qızımız 1-ci sinfə gedir. Atasını xatırlayır, darıxır... Balaca  İntiqam  bağçaya gedir. Nurun atası yadından çıxmır, darıxır, ağlayır da... Hətta hərdən elə suallar verir ki... onun suallarına cavab verə bilmirəm. Ancaq balaca İntiqam ata nə olduğunu bilmir.  Divardan boylanan atasının və əmisinin şəkillərinə baxıb, hər ikisinə “ata” deyir.

İndi hər iki oğlum mənim nağıllarımın qəhrəmanıdır.  Hamı bilir ki, nağıl qəhrəmanları çox yaşamır. Dillərə dastan olur. Onlar bu yola qədəm qoyanda belə mən onlarla qürur duydum. Çünki yanlış sənət seçməmişdilər. Mənim üçün ən müqəddəs olan bir orduda  xidmət edirdilər. Xüsusi Təyinatlı bölmələrin kəşfiyyatçısı idi hər iki oğlum. İstər aprel döyüşlərində, istərsə də də 2020-ci il Vətən müharibəsində göstərdikləri şücaətlə qürur duyuram. İntiqama  Ali Baş Komandanımız göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verdi. Sevindim ki, mənim övladlarım nə qədər çətinliklə böyüslər də, günü-gündən xalqına, dövlətinə bağlı oldular. Vətəndən, dövlətdən küsmədilər. Vətənpərvər igid oğlanlarımızın, cəsur oğlanlarımızın sayəsində torpaqlarımız işğaldan azad olundu. İndi Şuşamız da, Kəlbəcərimiz də, Laçınımız da qayıdıb... Bayraqlarımız hər yerdə dalğalanır. Ən böyük arzumuz odur ki, bayraqlarımız hər zaman zirvələrdə dalğalansın. Uşaqların, böyüklərin üzündən gülüş əskik olmasın, Allah xanımını qorusun!


Ziba Əsgərova onu demədi ki, iki oğlu şəhid olandan sonra çox ağır ürək əməliyyatı keçirib. İndi özünü yaşamağa məcbur edir. Ziba ana ağlamır ki... Göz yaşları hər zaman ürəyindəki yaraların üstünə tökülür. Ziba ana ağrılarını kimsəyə danışmır... Ziba nənə balaca İntiqamı böyüdür... İntiqamın qızına, xanımına həyan olmaq üçün yaşayır... Ziba xanım özünü yaşamağa məcbur edir... Övladlarını qəhrəmanlıq nağılları danışa-danışa böyütmüşdü. İndi həmin oğullar ananın öz həyatının qəhrəmanına, həm də elin-obanın, Vətənin qəhrəmanına çevrildilər. Nurlan və İntiqam da nağıla döndülər.

...Mən bu sətirləri bitirib, nöqtəsini qoyanda küçədə küləklər əsirdi. Fikirləşdim XAN payızın küləkləri bu gün bizə toy-bayram xəbəri gətirən küləklərdir.  5 il bundan əvvəl itkilərimniz nə qədər çox olsa da, yaralarımız nə qədər ağır olsa da, Qələbə, Zəfər bu yaraların üstünə məlhəm kimi səpildi.  İndi Azərbaycanda müharibə bitib. İndi anaların, gəlinlərin qapısına şəhid tabutu getmir. Əsgərlərimiz yenə də Vətənin keşiyini çəkir. İndi analar nigaran deyillər.  İndi əsgərlərimiz müharibəsiz Azərbaycan üçün gecə-gündüz keşikdədirlər.
Aida Eyvazlı GÖYTÜRK,
hurnalist, İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri