Icma.az
close
up
RU
Avtomobil bazarındakı vəziyyət: Yeni ildən hansı maşınlar bahalaşacaq? FOTO

Avtomobil bazarındakı vəziyyət: Yeni ildən hansı maşınlar bahalaşacaq? FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

2025-ci ilin ilk aylarından etibarən Çin və digər avtomobil istehsalçısı olan ölkələrdə ixracla bağlı qaydalar dəyişə bilərlər. Buna səbəb isə ABŞ və digər inkişaf etmiş ölkələrin xüsusən Çin istehsalı olan nəqliyyat vasitələrinin idxalı ilə bağlı sərtləşdirilmiş gömrük rüsumlarını tətbiq etməsidir. Bununla əlaqədar bayramdan sornakı dövrdə Azərbaycanın avtomobil bazarında qiymət artımı gözlənilirmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında deyib ki,növbəti ildə avtomobil bazarında qiymətlərin müxtəlif seqmentlər üzrə, müxtəlif səviyyələrdə dinamika gözlənilir. 

“Xüsusilə Asiya bazarlarından idxal olunan və yeni model avtomobillərin qiymətlərində daha ciddi artımlar ola bilər. Çünki bu məhsullar bazara yeni daxil olur. Onlar bazarda sınandıqca artıq digər  şirkətlər daha fərqli qiymət siyasəti həyata keçirir və istehsalçı qiymətlərində müəyyən qədər artım meyilləri müşahidə olunur. Eyni zamanda şərtlərin dəyişməsi müəyyən mənada bu istiqamətdə qiymətlərin artması meyillərini gücləndirəcək". 
Ekspert qeyd edib ki, iri mühərrikli avtomobillər, yaxud benzin və dizellə işləyən nəqliyyat vasitələri ilə müqayisədə hibrit və elektromobillərin bazarda tələb daha yüksək olduğu üçün onların qiymətlərində artım edilməsi planlaşdırılır. "Amma dizel və benzinlə çalışan avtomobillərin qiymətlərinin daha aşağı səviyyədə olması gözlənilir" .

Ekspert onu da əlavə edib ki, 20 min manata qədər dəyəri olan avtomobillərin qiymətində təkrar iri faizlərlə artımlar ehtimal olunur. 
“Əhalinin alıcılıq gücü aşağı səviyyədə olduğu üçün hər bir seqment üzrə fərqli səviyyədə qiymətlərin dinamikası dəyişə bilər”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri