Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Əlibala oğlu Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Qalib oğlu Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Fərid oğlu Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Nazim oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















