Sürüdən ayrılan qoyunun dalınca düşdü: Həyatının sürprizini yaşadı
Lent az saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın şimalındakı Picos de Europa dağlarında itmiş qoyununu axtaran çoban, dik qayaların arasında gizli bir mağarada 150 kisə qızıl tapıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyanın Asturiya bölgəsindəki dağ kəndində yaşayan 52 yaşlı mal-qara çobanı Mateo Qomes sürüsündən azan qoyunu axtararkən gözlənilməz bir sürprizlə qarşılaşıb. Bildirilir ki, duman çökməyə başlayanda Qomes itən heyvanının səsini izləyərək dik qayalıqlardan dağın yamacındakı dar bir yarığa doğru irəliləyib. Çöldən görmək çətin olan mağaraya girən çoban qoyununu tapıb.
Qomes qoyunu mağaradan çıxarmağa çalışarkən arxa tərəfdəki köhnə brezent örtüklərin altından asılmış parça torba görüb. Deyilənə görə, çoban heyvanını xilas etməyə çalışarkən ayağı çürümüş taxta qapağa ilişib və qapaq sınaraq açılıb və altında möhürlənmiş parça torbalar yığını üzə çıxıb.
Qomes bunları söyləyib:
"Sadəcə qoyunumu götürüb kəndə qayıtmaq istəyirdim. Heyvan mağaranın ən dərin küncündə ilişib qalmışdı. Onu çıxarmağa çalışanda ayağım çürümüş taxta qapağa ilişdi və o, sındı. Altında qalın, möhürlənmiş parça torbalar yığını var idi. Biri cırılmışdı və üzərinə fənərimlə işıq salanda ətrafa səpələnmiş qızıl sikkələrin parıltısını gördüm".
Tapıntıdan sonra əraziyə tədqiqatçıların, tarix həvəskarlarının və dağ bələdçilərinin gəldiyi iddia edilib. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən mağarada işlərin günlərlə davam etdiyi və orada tapılan 150 parça torbanın ayrıca nömrələndiyi və çıxarıldığı iddia edilib. Torbalarda müxtəlif ölçülü qızıl külçələr və 17-ci və 18-ci əsrlərə aid minlərlə tarixi qızıl sikkə olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















