Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir çox ölkədə avtomobil oturacağına üzlük çəkmək hələ də dəbdədir. Üzlük hələ 50-60 il əvvəl primitiv tüninq vasitəsi, maşını gözəlləşdirmə üsulu hesab edilirdi. Sürücülərin çoxu üzlüyü avtomobil oturacaqlarını kirlənmədən qorumaq üçün istifadə edir.
Avtosfer.az xəbər verir ki, çexoldan istifadə ilə bağlı yekdil rəy yoxdur. Keyfiyyətsiz çexol sıradan çıxır, sürüşür, səliqəsiz görünür. Bəzi maşınlarda isə çexol çəkmək üçün oturacağı çıxarmaq lazım gəlir.
Lakin, məsələ bunda deyil. Müasir avtomobillərin bir çoxunda SRS (Supplemental Restraint System) sistemi quraşdırılıb. Sistem oturacağın kürəyə təmas edən hissəsində yerləşir.
Çexol bu sistemin sinxron işləməsinə mane ola bilər. Çexolun arxa hissəsində parçanın nazik olması hələ düzgün işləməyə zəmanət vermir.
Vüqar
Baxış sayı:74
Bu xəbər 14 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















