Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi
Icma.az, Lent az saytına istinadən bildirir.
Rusiyalı kardioloq Valeriya Bonadıkova gəzən zaman siqaret çəkməyin ölümcül ola biləcəyinin səbəblərini izah edib.
Lent.az-ın xəbərinə görə, Valeriya Bonadıkova Lenta.ru nəşrinə müsahibəsində bu vərdişin nəticələri ilə bağlı xəbərdarlıq edib.
"Gəzən zaman, xüsusilə də sürətli tempdə yeriyərkən orqanizm yüklənmə rejimində işləyir: nəbz artır, nəfəsalma sürətlənir, çünki ürəyin oksigeni daha aktiv şəkildə çatdırması lazımdır. Digər tərəfdən, nikotin səfərbərlik reaksiyasını işə salır, bu səbəbdən də qan damarları daralır, qan təzyiqi və ürək döyüntüləri artmağa doğru gedir. Xoşagəlməz bir hal yaranır: hərəkət səbəbindən oksigenə tələbat artır, çatdırılma şərtləri isə damar spazmları və tüstü komponentləri səbəbindən pisləşir", - deyə həkim bildirib.
Bundan əlavə, Valeriya Bonadıkova qeyd edib ki, bir çox insan küçədə tələsir, ona görə də qısa və sürətli nəfəs alırlar. Bəziləri hətta nikotini daha tez qəbul etmək üçün nəfəslərini tuturlar. Kardioloqun sözlərinə görə, bu da ona gətirib çıxarır ki, insan ürək ritmində pozulmalar hiss edir.
Həkim xəbərdarlıq edib ki, hipertoniya, ürəyin işemik xəstəliyi, ürək-damar xəstəlikləri, aritmiya, diabet və ağır ateroskleroz tarixçəsi olan insanlar üçün yeriyərkən siqaret çəkmək xüsusilə təhlükəlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Mart 2026 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















