Avtomobil “qırmızı”dan keçən skuteri vurdu Anbaan görüntülər
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
DİN-in Nəqliyyatı İntelllektual İdarəetmə Mərkəzi hadisə anının görüntülərini paylaşaraq hərəkət iştirakçılarına müraciət edib: “Hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə “svetofor”un qırmızı işığında keçən həmin skuteri avtomobil vurur.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınan bu görüntülər bir həqiqəti açıq şəkildə göstərir: yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir.
Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da işıqforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır”.
Hadisə anının görüntülərini təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 14 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















