Pulsuz hüquqi yardımdan kimlər istifadə edəcək? KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bir çox halda, xüsusilə əlilliyi olan şəxslər, məişət zorakılığından zərər çəkənlər, insan alverinin qurbanları və valideyn himayəsindən məhrum olmuş gənclər özünəinamın aşağı olması, cəmiyyətdən təcrid olunma və ya təqib olunma kimi psixoloji maneələrlə üzləşirlər. Nəticədə, onların hüquqi yardıma ehtiyacı olsa da, hüquq-mühafizə orqanlarına və ya vəkillərə müraciət edə bilmirlər”.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
O bu və ya digər çətinlikləri nəzərə alaraq, pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin əhatə dairəsinin genişləndiyini, onların hüquq bərabərliyinin təmin olunduğunu, pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid hüquqi və işlək mexanizmin formalaşdırıldığını deyib:
“Beləliklə, qanunvericiliyə ediləcək dəyişikliyə əsasən, dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən əlilliyi olan və işləməyən şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələrinin üzvləri və müharibə veteranları, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, işsiz kimi rəsmi qeydiyyatda olan şəxslər, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, maddi vəziyyəti çətin olan və gəlirləri yaşayış minimumundan aşağı səviyyədə qiymətləndirilən digər şəxslər istifadə edə bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Oktyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















