Avtomobildə dəm qazından ölüm niyə baş verir? Bunları bilmək VACİBDİR DİQQƏT FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gün Füzuli rayonunda baş verən faciəvi hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, 48 yaşlı kişi və onun 28 yaşlı qardaşıoğlu avtomobildə sobanı işlək vəziyyətdə saxladıqları üçün dəm qazından həyatlarını itiriblər. Hadisə bir daha göstərdi ki, avtomobildə istilik sistemindən düzgün istifadə olunmadıqda bu, ciddi və hətta ölümcül təhlükə yarada bilər.
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, bu tip hadisələrin qarşısını almaq üçün sürücülər avtomobildəki bəzi vacib funksiyalardan xəbərdar olmalı və onlardan düzgün istifadə etməlidirlər. Onlardan biri də resirkulyasiya düyməsidir. Resirkulyasiya düyməsi nə üçündür?
Avtomobil mütəxəssisi bildirir ki, resirkulyasiya düyməsi salonun havasını kənardan deyil, avtomobilin öz daxilindən dövriyyəyə buraxır. Bu zaman çöldən daxil olan çirkli hava, tüstü və normadan artıq dəm qazının salona girişi məhdudlaşdırılır. Qısa müddətdə salon daha tez isinir və çöldən gələn zərərli qazların təsiri azalır.
Sahil Ağabəyli onu da əlavə edib ki, avtomobil qapalı məkanda (qarajda, tuneldə) işlək vəziyyətdə saxlanıldıqda resirkulyasiya düyməsini aktiv vəziyyətdə saxlamaq təhlükəni qismən azaltmağa kömək edə bilər. Qeyd edək ki, dəm qazı rəngsiz, qoxusuz və hiss edilməyən qaz olduğuna görə sürücülər təhlükəni çox vaxt gec anlayırlar. Bu isə faciə ilə nəticələnə bilər.
Könül Rauf
Oxunub 52
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 16 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















