Icma.az
close
up
RU
Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir AÇIQLAMA

Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir AÇIQLAMA

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və alın şüşələrinə plyonka çəkirlər. Bununla da görünməz bir sədd yaranır. Yəni sükan arxasında kimin olub-olmadığı görünmür. Çünki avtomobil tünd plyonka ilə örtülmüş vəziyyətdədir.

Milli.Az xəbər verir ki, bir qrup sürücü iddia edir ki, avtomobilində "plyonka" istifadə etdiyi üçün polis tərəfindən cərimələnib. O, avtoservisdə şüşə örtüyünü yoxlatdığı və hər şeyin qaydasında olduğu halda cərimə tətbiq edildiyini bildirib.

Bəs bu vəziyyət qanunvericilikdə necə tənzimlənir?

Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu şüşələrin işıq ötürmə dərəcəsi nəzərə alınmalıdır.  Yəni, ön yan şüşələrində plyonka istifadəsi ən azı 75% şəffaf olmalıdır. Ancaq arxa şüşələrdə plyonka istifadəsinə icazə verilir.

"Plyonka istifadəsi ilə bağlı əsas tələblərdən biri də təhlükəsizlikdir. Şüşələrdə istifadə edilən plyonka sürücünün görmə qabiliyyətini zəiflətməməli həmçinin yolun digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Plyonka işığın yayılmasını məhdudlaşdırmamalıdır və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir".

Bu problem ilə qarşılaşan sürücülərin sayı artmaqdadır, lakin polis bu halları qanunsuz sayır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:
"Odur ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır".
Aysel Əkbər
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri