Azərbaycanda iş elanı: 25 gün işlə, 11 min dollar qazan! KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün maraq ifadələrinin təqdim olunması barədə elan yayıb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, müvafiq işlər üzrə fərdi məsləhətçi xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu xidmətlər üçün ayrılmış büdcə 11 min ABŞ dolları təşkil edir. Mütəxəssisin nəzərdə tutulan ümumi iş həcmi 25 iş günüdür.
Məsləhətçinin işə 2026-cı il dekabrın 1-də başlaması planlaşdırılır. Müqavilə mütəxəssisin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi və AİB-in, eləcə də müvafiq dövlət qurumlarının qərarı əsasında uzadıla bilər.
Maraqlanan şəxslər müraciətlərini 2026-cı il noyabrın 18-dək təqdim etməlidirlər.
Layihənin icraçı qurumu “Azərbaycan Dəmir Yolları” QSC-dir. Elan üzrə əlaqələndirici şəxs AİB-in baş nəqliyyat mütəxəssisi Jurgen Sluijterdir.
Qeyd edək ki, elan fərdi məsləhətçi xidmətlərinin seçilməsi ilə bağlıdır.
Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti 2020-ci il martın 18-də Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılması ilə tam istismara verilib. Xəttin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometr təşkil edir. Hazırda AİB bu dəmir yolu layihəsinin hazırlanmasına dəstək göstərilməsi üçün mütəxəssis cəlb etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















