Icma.az
close
up
RU
Avtomobili qəfil dayandırmayın! Yol polisindən XƏBƏRDARLIQ

Avtomobili qəfil dayandırmayın! Yol polisindən XƏBƏRDARLIQ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

İdarədən Lent.az-a bildirilib ki, hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Görünüş məsafəsinin azalması sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb ola bilər.

Bu baxımdan Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas şərtidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri