Icma.az
close
up
RU
Avtomobilin təmizlənməmiş kondisioneri bu infeksiyaya yol açır

Avtomobilin təmizlənməmiş kondisioneri bu infeksiyaya yol açır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Yazın ilk ayını yaşayırıq. Havalar getdikcə isinir. Şəhər içindəki tıxaclarda hər gün daha çox sıxlıq yaranır, stressli sürücülər isə bir yüngüllük axtararaq avtomobillərinin kondisionerinə üz tutmalı olurlar. Amma bəzən kondisionerlər təmizlənmədiyindən işləmir ki, bu da əsəb üstünə əsəb gətirir.

Bəs maşınlarda kondisionerlərin təmizlənməsi necə həyata keçirilir?

Mövzu ilə bağlı avtomobil ustası Əziz Abbasov öz fikirlərini Bakıvaxtı.az ilə bölüşüb.

O bildirib ki, yay aylarında kondisionerin effektiv işləməsi üçün onun mütəmadi baxımı vacibdir:

"Hər il təmizlənmədikdə sistemdə bakteriya və kif göbələkləri yığıla bilər ki, bu da pis qoxu, allergik reaksiyalar və tənəffüs problemlərinə səbəb olur. Kirli filtrlər kondisionerin soyutma gücünü azaldır, kompressora əlavə yük düşür və yanacaq sərfiyyatı artır".

Onun sözlərinə görə, kondisionerdən düzgün istifadə üçün filtrləri mütəmadi yoxlamaq, sistemi dezinfeksiya etmək və freon səviyyəsini nəzarətdə saxlamaq lazımdır. Vaxtında baxım aparmaq həm avtomobilinizin texniki sağlamlığını qoruyar, həm də sizin və sərnişinlərinizin rahatlığını təmin edər.

Əziz Abbasov, avtomobil ustası

Ə.Abbasov onu da qeyd edib ki, bəzi hallarda isə təmizlənməmiş kondisionerlər infeksiyaya da yol aça bilər:

"Təmizlənməmiş kondisionerlər "Leqioner xəstəliyi" adlanan ciddi ağciyər infeksiyasına yol açır. Leqioner xəstəliyi bakterioloji mənşəli bir infeksiyadır və əsasən Legionella bakteriyası tərəfindən törədilir. Xəstəlik su sistemlərində, xüsusilə istiliklə bağlı sistemlərdə yayılır".

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri