Icma.az
close
up
RU
Avtomobillərin ən baha qiymətə satıldığı aylar açıqlandı

Avtomobillərin ən baha qiymətə satıldığı aylar açıqlandı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay fəslinin gəlişi ilə əlaqədar olaraq Azərbaycanda daxili turizm sektorunda canlanma müşahidə edilir. Paytaxtın səs-küyündən uzaqlaşmaq istəyən minlərlə ailə istirahət üçün bölgələrə üz tutur ki, bu da nəqliyyat vasitələrinə olan ehtiyacı ön plana çıxarır. Mövsümi aktivlik özünü ən qabarıq şəkildə ölkənin avtomobil bazarında büruzə verir. Xüsusilə çətin yol şəraitinə davamlı olan krossover və geniş salonlu ailə avtomobillərinə tələbat kəskin şəkildə artır. Alıcılar artıq sadəcə şəhər içi sürüşü deyil, həm də uzun məsafəli səfərlərdə yanacaq qənaəti və təhlükəsizlik amillərini əsas götürürlər. Bu tendensiya həm ikinci əl bazarında qiymətlərin stabilləşməsinə, həm də yeni model satışlarının sürətlənməsinə səbəb olur. 
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, ilin əvvəlində, xüsusilə qış aylarında Azərbaycanda avtomobilə tələbat daha az olur:
“Yaz aylarından etibarən isə bazarda canlanma müşahidə edilir. Apreldən sonra tələbat artır, may, iyun və iyul ayları satış üçün daha əlverişli dövr hesab olunur. Qış aylarında satışın zəif olmasının əsas səbəblərindən biri ilin dəyişməsi ilə bağlıdır. İnsanlar yeni avtomobil alarkən daha çox son buraxılış ilinə üstünlük verirlər. Məsələn, 2026-cı ildirsə, alıcılar eyni modelin 2025-ci il deyil, məhz 2026-cı il istehsalı olan variantını seçmək istəyirlər. Bu amil də ilin ilk üç ayında satışların azalmasına səbəb olur. Sonrakı dövrlərdə isə müxtəlif səbəblərdən avtomobil bazarında canlanma baş verir, satış həcmi və tempi artır. Xüsusilə yay aylarında bu artım daha qabarıq şəkildə hiss olunur. Bu dövrdə həm səfərlərlə bağlı ehtiyaclar artır, həm də avtomobil almağı planlaşdıran insanlar mart və aprel aylarından sonra qərarlarını reallaşdırmağa başlayırlar. Satışların əsas hissəsi yazın sonu və yayın əvvəl aylarına təsadüf edir. Bu tendensiya artıq Azərbaycanda ənənə halını alıb. Hər il avtomobil bazarı yay aylarında daha dinamik olur, qış aylarında isə nisbətən passivlik müşahidə edilir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 May 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri