Icma.az
close
up
RU
Avtonom dronların uçuşunda YENİ QAYDALAR Agentlik sədri mexanizmi açıqladı

Avtonom dronların uçuşunda YENİ QAYDALAR Agentlik sədri mexanizmi açıqladı

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Avtonom uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri “oxu.az”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Məlikov deyib.
Qeyd edək ki, avtonom (pilotsuz) uçuş aparatlarının hüquqi statusu müəyyənləşdirilib.
 

Bununla bağlı "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Pilotsuz uçuş aparatlarının (PUA) istismarı üçün hansı tələblər nəzərdə tutulur və uçuşların təhlükəsizliyi necə təmin ediləcək?


Bu və digər sualları Bəhruz Məlikov cavablandırıb:
- "Aviasiya haqqında" Qanuna edilən dəyişikliklərin əsas məqsədi nədir?
- Pilotsuz uçuş aparatlarının funksionallığı son dövrlərdə xüsusilə genişlənib. Ənənəvi pilotsuz uçuş aparatlarından fərqli olaraq avtonom sistemlər insanın birbaşa idarəetməsi olmadan və ya məhdud müdaxiləsi ilə müəyyən əməliyyatları yerinə yetirmək imkanına malikdir. Bütün bunlar avtonom uçuş aparatlarının hüquqi statusunun müəyyənləşdirilməsini, onların istismarı zamanı məsuliyyət bölgüsünün aydınlaşdırılmasını və təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasını zəruri edir. "Aviasiya haqqında" qanunda təklif olunan dəyişikliklər avtonom uçuş aparatları sahəsində yaranan texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib. Məqsəd mülki və eksperimental məqsədlərlə istifadə olunan avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyən etmək, onların istismar qaydalarını dəqiqləşdirmək və uçuşlarının təhlükəsizliyinin təmin olunması üçün müasir hüquqi baza yaratmaqdır.
- Bu dəyişikliklərlə qanunvericilikdə hansı yeni anlayışlar təsbit edilir?
- Dəyişikliklər çərçivəsində ilk dəfə olaraq "avtonom pilotsuz uçuş aparatı", "avtonom pilotsuz uçuş aparatının operatoru" və "məsafədən idarəetmə mərkəzi" anlayışları qanunvericilikdə öz əksini tapır. Bu anlayışların hüquqi müstəviyə gətirilməsi sürətlə inkişaf edən avtonom pilotsuz aviasiya texnologiyalarının daha effektiv tənzimlənməsinə imkan verəcək.
- Avtonom pilotsuz uçuş aparatlarında avtomatlaşdırma səviyyələri necə müəyyən edilir? Ümumiyyətlə, nəzarət necə həyata keçiriləcək?
- Layihədə avtomatlaşdırmanın müxtəlif səviyyələri müəyyən olunub. Yüksək avtomatlaşdırma səviyyəsində uçuşun idarə olunması, ətraf mühitin müşahidəsi və qərarvermə prosesləri sistem tərəfindən həyata keçirilsə də, ümumi nəzarət və məsuliyyət operatorun üzərində qalır. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər insan müdaxiləsi olmadan sistem tərəfindən yerinə yetirilir. Bu yanaşma süni intellekt texnologiyalarının aviasiyada tətbiqi üçün hüquqi zəmin yaradır.
- Avtonom pilotsuz uçuş aparatlarının istismarı üçün hansı tələblər nəzərdə tutulur?
- Yeni dəyişikliklərə əsasən, avtonom pilotsuz uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq. Bu, fəaliyyətin təhlükəsiz və nəzarət olunan şəkildə həyata keçirilməsini təmin etməyə xidmət göstərir.
- Bəs operatorların üzərinə düşən öhdəliklər nədən ibarədir?
- Operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə daimi nəzarət etməli, həyata keçirilən əməliyyatlara dair məlumatları ən azı altı ay müddətində saxlamalı və onların mühafizəsini təmin etməlidirlər. Bu tələblər məsuliyyət və hesabatlılıq mexanizmlərini gücləndirir.
- Uçuşların təhlükəsizliyi ilə bağlı hansı yeni mexanizmlər tətbiq olunur?
- Dəyişikliklər avtonom uçuş aparatlarının yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi əsasında istismarını nəzərdə tutur. Bu yanaşma təhlükəsizlik risklərinin qarşısının alınmasına yönəlib. Eyni zamanda uçuşların mərkəzləşdirilmiş qaydada əlaqələndirilməsi hava məkanının müxtəlif istifadəçiləri arasında koordinasiyanı gücləndirəcək.
- Nəzarət olunan hava məkanında əməliyyat aparmaq istəyən istismarçılar hansı məlumatları təqdim etməlidirlər?
- Belə istismarçılar uçuşdan ən azı üç saat əvvəl elektron qaydada aidiyyəti mərkəzə uçuş barədə məlumat təqdim etməlidirlər. Bu məlumatlara qeydiyyat sertifikatının nömrəsi, uçuşun başlanma və başa çatma vaxtı, əməliyyatın xüsusiyyətləri, həmçinin istismarçı sertifikatının və ya əməliyyat icazəsinin surəti daxildir.
- Bəhruz müəllim, bu dəyişikliklərin Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirmək olar?
- Dünyada avtonom aviasiya texnologiyalarının tətbiqi sürətlə genişlənir. Azərbaycan da bu prosesə qoşularaq texnoloji inkişaf potensialını artırır. Qanundakı dəyişiklikləri Azərbaycanın rəqəmsal transformasiya və innovasiya siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirmək olar. Yeniliklər mülki aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit yaradır. Eyni zamanda Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyir və gələcək texnoloji yeniliklərin tətbiqinə şərait yaradır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Avqust 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri