Icma.az
close
up
RU
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir

Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtonom nəqliyyat vasitəsinin istismara buraxılma qaydaları müəyyən edilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsi bu qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan tələblərə uyğun olduğu halda, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra istismar edilə bilər. 

Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin effektivliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilir. Tənzimləyici test mühitinin həyata keçirilməsi nəticəsində avtomatlaşdırılmış idarəetmə sisteminin sınaqlarının nəticəsi uğursuz olduqda həmin avtonom nəqliyyat vasitələri istismara buraxılmır. 

Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən (avtomobil yoluna münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla) müəyyən edilən ərazidə, dəmiryolunda, metro və tramvay xətlərində, hava məkanında, habelə avtomobil yolunda hərəkət edə bilər. Avtonom nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) məsuliyyət daşıyır. 

Vurulan zərərin avtonom nəqliyyat vasitəsinin və ya avtomatlaşdırılmış idarəetmə sisteminin istehsalçısının, yaxud həmin sistemə texniki xidməti göstərən şəxsin, eləcə də mülki hüquqi müqavilə əsasında cəlb edilən operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı Mülki Məcəllənin tələblərinə əsasən onlara qarşı reqres qaydasında tələb irəli sürə bilər. Qeyd edilən zərərin avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı ilə əmək münasibətlərində olan operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin zərərin ödənilməsi Əmək Məcəlləsinə uyğun tənzimlənir.

Avtonom nəqliyyat vasitəsinin, eləcə də həmin nəqliyyat vasitəsilə sərnişinlərin və yüklərin daşınması ilə bağlı sığortalanma nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) tərəfindən bu qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada təmin edilir. 

Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.

Avtonom pilotsuz uçuş aparatlarının operator tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla, avtonom nəqliyyat vasitəsinin yerlərdə istismarı operator tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə məsafədən idarəetmə mərkəzindən həyata keçirilir.

Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə işçiləri aşağıdakı tələblərə cavab verməlidir:

- avtonom nəqliyyat vasitələrinin istismarı, avtomatlaşdırılmış idarəetmə sistemləri, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) üzrə hazırlıq və təlim keçməli;

- terrorçuluq, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkum edilməməli;

- ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamalı;

- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;

- fiziki və psixi cəhətdən sağlam olmalı.

Avtonom gəminin və avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri bu qanunda qeyd edilən tələblərlə yanaşı, müvafiq olaraq “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il 7 iyul tarixli Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, gəminin komandir heyəti üzvləri üçün müəyyən edilmiş tələblərə və “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

Hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər.

Avtonom nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, kibertəhlükəsizlik və təhlükəsiz istismar tələblərinə uyğunluğu ölkə ərazisində onun layihələndirilmə, istehsal, sınaq (istismara hazırlanma), istismar, texniki xidmət, təkmilləşdirmə və istismardan çıxarılma mərhələlərində aidiyyəti şəxslər və həmin mərhələləri idarə edən qurumlar tərəfindən təmin olunmalıdır. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi məsafədən avtomatik idarəetmə sistemi, onların yerinin real vaxt rejimində monitorinqi sistemi, ətraf mühitin monitorinqi üçün kamera, sensor (o cümlədən ehtiyat sensor), naviqasiya, radar və lidar sistemləri, hadisə, insident və qəza məlumatlarının avtomatik qeydiyyatı sistemi, nəqliyyat vasitəsinin təhlükəsiz dayanmasını təmin edən avtomatik təhlükəsizlik sistemi və kibertəhlükəsizlik müdafiə mexanizmləri ilə təchiz olunmalıdır. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi əlavə olaraq mərkəzləşdirilmiş dispetçer nəzarət sistemi, platforma təhlükəsizlik sistemi və avtomatik qapı idarəetmə sistemi ilə təchiz olunmalıdır. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin hərəkəti yalnız müvafiq infrastrukturun texniki uyğunluğu təmin edildikdən sonra həyata keçirilə bilər.
Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin hərəkətinin idarə edilməsi, monitorinqi və təhlükəsiz istismarı mərkəzləşdirilmiş dispetçer nəzarət sistemi əsasında, müvafiq nəqliyyat növü üzrə fəaliyyət göstərən məsafədən idarəetmə mərkəzləri vasitəsilə həyata keçirilir.

Avtonom nəqliyyat vasitələrinin istismarına, avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsinə, eləcə də operatorlar tərəfindən həmin nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərində olan məlumatların qeydiyyatı və saxlanılması tələblərinə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Operator nəzarət tədbirlərinin həyata keçirilməsi üçün monitorinq, özünüdiaqnostika, nasazlıq və ya kənar müdaxilə halları, hadisə, qəza və insidentlərə dair məlumatları (sənədləri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında 3 iş günündən gec olmayaraq təqdim etməlidir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Bundan başqa, avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək.

Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin etdilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri