Avtoxuliqanlıq edən sürücü ilə bağlı materiallar məhkəməyə göndərilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
"Kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbir görülüb".
Bu barədə APA-ya DİN-dən məlumat verilib.
Belə ki, “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı xəbər saytlarda yayımlanan videogörüntü araşdırılarkən, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə Elvin Nəcəfov olduğu müəyyən edilib.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır.
Baxış sayı:80
Bu xəbər 21 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















