Icma.az
close
up
RU
Axadxon Najmıtdınov ADU nun qonağı olub Fotolar

Axadxon Najmıtdınov ADU nun qonağı olub Fotolar

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 3-də Turan Beynəlxalq Universitetinin rektoru Axadxon Najmıtdınov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Elmi əlaqələrin inkişafı, müəllim, tələbə mübadiləsi hər iki ölkənin beynəlxalq elmi əməkdaşlığı imkanlarının artırılması baxımından çox önəmlidir.

ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri, layihələr, beynəlxalq proqramlar haqqında  qonağa məlumat verilib.

Turan Beynəlxalq Universitetinin rektoru Axadxon Najmıtdınov səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qonaq bildirib ki, Turan Beynəlxalq Universiteti ADU ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Universitetlər arasında elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulması elmi təcrübənin bölüşməsi baxımından əhəmiyyətlidir. Görüşdə müzakirə olunan məsələlər sırasında müəllim, tələbə mübadiləsinin rolu önə çəkilib. Hər iki universitetin QS reytinqlər cədvəlində fərqlənməsi və beynəlxalq əməkdaşlığa üstünlük verməsi yeni perspektivlərdən xəbər verir.

Turan Beynəlxalq Universiteti elmi mübadilə çərçivəsində ADU tələbələri üçün müxtəlif qrantların ayrılması, təhsil müddətində tələbələr üçün kampuslarda əlverişli şəraitin yaradılması ilə bağlı fikirlər səsləndirilib.

Görüş gələcək elmi əməkdaşlıq ətrafında aparılan müzakirələrlə davam edib.

Qeyd edək ki, Turan Beynəlxalq Universiteti Namanqan rayonunda yerləşən Özbəkistanın ən müasirləşdirilmiş özəl universitetlərindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Mart 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri