Icma.az
close
up
RU
AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır Problemlər strateji hal alır

AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır Problemlər strateji hal alır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İdeoloji təhlükəsizlik qorunmasa, suverenlik sual altına düşəcək. Bu zaman heç kəs Azərbaycana kömək edə bilməyəcək. 2020-ci ildən etibarən dünyada mövcud olan bütün ideoloji sistemlər sarsıdıcı zərbələr aldı. Bu gün isə dövlətlərin ideoloji sərhədlərinin pozulması onların suverenliklərini də ciddi təhdid altına almaqdadır. İdeoloji təhlükəsizlik suverenliyin həm əsas, həm də müəyyənedici şərtidir.
Əksər dövlətlər “ideoloji müdafiə sistemi” qurmaqla ölkənin daxilinə axın edən yad dəyərlərin, ideoloji diversiya hücumlarının, mənbəyi və təyinatı dövlətdən gizlədilən külli miqdarda maliyyə vəsaitlərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atmalı oldular. Nəticədə bu dövlətlərdə mövcud olan “paralel dövlət” öz funksionallığını, rıçaqlarını, çevikliyini və perspektivi itirməli olub. Bu gün dünyanın əksər dövlətlərinin milli dəyərlər sistemi informasiya selinin qarşısında çilik-çilik olmaqdadır.
“Ramiz Mehdiyev işi” xarici qüvvələrin Azərbayca yaratdığı sistemin zərərsizləşdirilməsi daha çox kadr məsələlərini önə çıxarır.
Amma bu,
- siyasi sferada,
- kadr məsələlərində,
- ideoloji platformalarda,
- mediada,
- iqtisadi sahədə,
- icra strukturlarında və s. nəhəng bir osminoqun qollarını xatırladır.
Effektiv və həlledici addımlar da atılıb. Məsələn, xüsusilə xarici təsirlərin suverenliyə yaratdığı təhlükələrin mediadakı enerjisi bloklanıb. Lakin daha çox iş qarşıdadır.
Xarici təsirlərin şəffaflaşdırılması, kadr islahatları, radikal qrupların zərərsizləşdirilməsi, ölkənin siyasi, iqtisadi, ideoloji bloklarını hədəf alan xarici diversiya mərkəzlərinin daxildəki icraçı təşkilatları və s. sıradan çıxarılmalıdır. Başqa yol yoxdur, əks halda dövlətin suverenliyi də sual altına düşməli olacaq. Bu zaman heç bir güclü ordu, böyük iqtisadiyyat dövləti xilas edə bilməyəcək.
Çünki ideoloji təhlükəsizlik dövlətin “pasportu”dur.
Heç şübhəsiz, Azərbaycan son 30 ildə xarici qüvvələrin təsirlərindən ən çox əziyyət çəkən ölkələrdən biridir.
Azərbaycan gecikir... Hansı addımlar atılmalıdır?
Öncə xarici və daxili risklər müəyyənləşdirilməlidir və güman edirəm ki, Azərbaycan dövlətinin müvafiq qurumları “risklər bloku”unun ən incə detallarına qədər xəbərdardır. “Ramiz Mehdiyev işi”ni - suverenliyə təhdid yaradan daxili və xarici elementlərin zərərsizləşdirilməsinin, “paralel dövlət”in sıradan çıxarılması istiqamətində böyük miqyasda prosesə sart verildiyinin əsas göstəricisi kimi qiymətləndirmək olar.
Xüsusilə qeyd olunmalıdır:
Birincisi, Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayında Prezident Adimistrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. 2019-cu ildən bu günə qədər isə ölkədə müxalifətin heç bir böyük mitinqi baş tutmayıb. Hətta strateji təşəbbüslər olmayıb. Bu fakt təsadüfi deyil. Uzun illər boyunca müxalifət mitinqlərinin keçirilməsi və koordinasiyası məhz Ramiz Mehdiyevin nəzarətində olub. O, müxalifətin potensial təhlükə mənbəyi kimi görünməsini təmin etməklə, dövlətə özünün "sistemin dayağı" olduğunu göstərməyə çalışırdı. Başqa sözlə, idarə olunan bu siyasi gərginlik onun hakimiyyətdəki mövqeyini qorumağın əsas mexanizmlərindən birinə çevrilmişdi.
İkincisi, feminist qruplar “strateji” təşəbbüslərdən məhrum olublar. “İdeoloji diversiyanın çılpaq üzü” kimi xarakterizə olunan feministlər ölkənin bütün dəyərlər sistemini hədəfə almışdılar. Bu gün onların şüarları - müharibə əleyhinə çağırışlar, xarici qrantların sərbəst şəkildə, hesabatsız və təyinatı gəstərilmədən xərclənməsi, ailə institutlarının məhvi, şəhid ailələrini üsyana təşviq etmə cəhdləri və s. heç pıçıltı kimi də qulağa dəymir.
AXCP və Müsavat ləğv edilməlidir…
Bu gün hər iki partiyanın Azərbaycan suverenliyinə ciddi təhdidlər yaradan xarici qüvvələrin tamamilə təsiri altında olduğu və uzun illər R.Mehdiyevin “gərəklilik cədvəli”ində yer aldıqları heç bir şübhə doğurmur. Hansı xarici kəşfiyyat-diversiya qrupu ölkəyə maliyyə, ideoloji tezislər soxmaq istəyirsə, məhz bunlardan platforma kimi istifadə edir. 1990-2000-ci illərin əvvələrində məhz R.Mehdiyevin kadrları hər iki partiyanın maliyyələşdirilməsinin əsas personaları kimi gündəmdə idilər. Bu gün hər iki partiya R.Mehdiyevin şüuraltı müdafiəsi ilə məşğuldur. Ailə dəyərlərinin, milli ləyaqət hissinin, mental amillərin sıradan çıxarılmasını hədəfləyən feministlər məhz bu partiyaların ideoloji müdafiəsi və siyasi mühafizəsi altında fəaliyyət göstəriblər. Xaricdən Azərbaycan dövlətinin suveren sütunlarını hədəfə alan şəxslər də məhz hər iki partiya ilə eyni paraleldə yer alırlar.
Azərbaycanda təxribatların, iğtişaşların baş verəcəyi ilə bağlı şantaj dolu xarici “hesabatlar”a istinad edən və onların müdafiəsinə sığınan da məhz hər iki partiyadır. Dünyadakı sistemlər, ideoloji formullar, texniki imkanlar, mübarizə platformaları, siyasi texnologiyalar və ideoloji istiqamətlər tamamilə dəyişib, lakin hər iki partiya primitiv “meydan şinel”indən çıxa bilməyiblər - tələblər, arzular, niyyətlər eynidir. Bu primitivlik siyasi sahədə şəffaflaşdırmanı tamamilə bloklayıb, heç bir açılım, təşəbbüs, yeni tələb-təklif yoxdur. Fürsət axtarışındadırlar – nə zamansa Azərbaycanda xaos baş versin və əsas siyasi qüvvə kimi təşəbbüsü ələ alsınlar. Yəni, 30 ildir dəyişməyən “icbari” və cılız öhdəlik!
İkinci Qarabağ Müharibəsindən sonra Müsavat partiyasının impulsiv başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər ermənilər haqqında “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film” adlı film çəkdi. Əslində İsa Qəmbər elə həmin gün “öldü”.
Vaxtilə R.Mehdiyevin siyahısı əsasında parlamentə düşən cəbhəçi deputatlar, daha sonra iqtidardan qopub iqtidarla-müxalifət arasında köhnə “sovet körpüsü” rolunu oynayan ingilisdilli cəbhəçilər hansı proseslərin baş verəcəyini daha dəqiq bilirlər. Çünki hansı oyunların iştirakçısı olduqlarını dərk edirlər.
Əgər ideoloji təhlükəsizliyi qorumasaq, suverenlik təhlükə altına düşəcək. Bu o deməkdir ki, suverenliyi təhdid altına altına alan bütün sahələr təmizlənməlidir.
İdeoloji sərhədləri itirsək, Azərbaycanın xəritəsinin də bir əhəmiyyəti qalmayacaq.
Xalqın ideoloji cəhətdən tərksilah edilməsini planlayan ölkə həyatının bütün sahələrdəki marginal və xarici qüvvələrin təsiri altında olan qruplar zərərsizləşdirilməlidir. Eləcə də siyasi sferada…
Samir Feyruzov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri