Icma.az
close
up
RU
AXCP və Müsavat Partiyasının bağlanması ictimai tələbə çevrilir

AXCP və Müsavat Partiyasının bağlanması ictimai tələbə çevrilir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər AXCP və Müsavat partiyası ilə bağlı mövzu yenidən aktuallaşıb. Hətta bu siyasi qurumların bağlanma ehtimalı da gündəmə gəlib. Bunu aktual edən təbii ki, bir sıra səbəblər var. Bu partiyalar bütün seçkiləri boykot edir, fəaliyyətləri dövlət əleyhinə yönəlib, maliyyə şəffaflığını pozurlar. Eyni zamanda, bu günlərdə Ramiz Mehdiyev şəbəkəsinin ifşası fonunda bəzi müxalifət partiyalarının, xüsusilə AXCP və Müsavatın illərlə xarici qüvvələrlə və bu şəbəkə ilə gizli əlaqələrinə dair faktlar üzə çıxıb. Təəssüf ki, qeyd olunan bu partiyalar köhnə siyasi xətlərini davam etdirir, hakimiyyətə qanunsuz yolla sahiblənmək üçün dövlət əleyhinə fəaliyyət göstərirlər.

Bu gün həm Azərbaycanda, həm dünyada böyük dəyişikliklər baş verir, zamanın tələbləri də dəyişir, yeni çağırışlar meydana gəlir. Bütün bunlar isə yeni yanaşmalar, çeviklik, adekvat fəaliyyət tələb edir. Amma Azərbaycandakı bəzi siyasi qüvvələr hələ də "çevriliş", "inqilab" planları qurur, həmişə olduğu kimi, dövləti sarsıtmaq üçün xarici dairələrdən dəstək axtarırlar. İfşa olunan planlar da onu göstərdi ki, Ramiz Mehdiyev antimilli qüvvələrlə əlbir olaraq uzun illər ölkənin milli təhlükəsizliyinə təhdid olan şəbəkə qurub. Ramiz Mehdiyev şəbəkəsinin müxalifətdən olan üzvləri ilə bağlı mediada artıq məlumatlar yayılır. Bu şəbəkədə ən çox Milli Şuranın, AXCP və Müsavat partiyasının adı hallanır. Əslində Ramiz Mehdiyevin radikal müxalifət təmsilçiləri ilə gizli əlaqələri barədə daha əvvəllər də müəyyən məlumatlar yayılıb. Sabiq PA rəhbərinin Rusiyaya ünvanladığı məktubu üzə çıxandan sonra bəlli oldu ki, ümumilikdə 50 nəfərdən ibarət "Dövlət Şurası" yaratmaq planı qurub.

Bu qüvvələrin dövlətin, xalqın maraqlarına zidd fəaliyyəti İkinci Qarabağ müharibəsində də göründü. AXCP və Müsavat partiyaları İkinci Qarabağ müharibəsində dövlətin, xalqın yanında olmadılar, həmin vaxt dövlətimizə göstərilən xarici təzyiqlərlə bağlı susdular.

AXCP və Müsavatın dövlətin və xalqın maraqlarına zidd fəaliyyəti, son günlər ortaya çıxan faktlar nəzərə alınarsa, bağlanma ehtimalı varmı?

Mövzu ilə bağlı "525"ə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, inkişaf etmiş demokratik ölkələrdə siyasi sistemin uğur qazanmayan aktorları siyasi sistemdən çəkilirlər: "Buna istefa mədəniyyəti də deyirlər. Yaxud göstərdikləri fəaliyyətin səmərəsiz olduğunu dərk etdikdə ya tamamilə özlərini buraxır, ya da yenidən təşkilatlanma üçün başqa metodlar axtarırlar. Çox təəssüf ki, bizə 90-cı ilin əvvəllərindən xaos, anarxiya dövrünün mirası olan iki partiya bunların heç birini etmir. Bunlar AXCP və Müsavat Partiyasıdır. Bu günə qədər siyasi sistemimizdə tormuzlayıcı funksiya yerinə yetirən bu təşkilatlar 44 günlük müharibə və ondan sonrakı dövr ərzində də öz nüfuzlarını tamamilə itirdilər. Çünki tarixi zəfərimizə, taleyimizin həll olunduğu anda əldə etdiyimiz qələbələrimizə laqeyd münasibət göstərməklə və yaxud onu təqdir etməməklə olub qalan siyasi potensiallarını da itirdilər. Beləliklə də, hər iki partiya özü-özünü intihara məruz qoydu. Onların bu gün siyasi sistemə təsir imkanları yoxdur. Belə olan halda, əlbəttə, hər iki siyasi qruplaşma siyasi sistemin inkişafı, keyfiyyətcə yeni siyasi sistemimizin formalaşması və məcburi inhisar etdikləri ətraflarında olan insanların normal siyasi düşüncəyə qovuşmaları naminə öz fəaliyyətlərinə yenidən baxmalıdırlar ki, bu fəaliyyət lazımdır, yoxsa lazım deyil". 

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "525"ə deyib ki, ölkədə "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edilib, həmin qanunun tələblərinə cavab verməyən siyasi partiyaların ləğvi ilə bağlı müvafiq orqanlar məhkəmə qarşısında məsələ qaldıra və həmin partiyanın fəaliyyətinə xitam verilə bilər: "AXCP və Müsavat Partiyasına gəlincə, onlara bir qədər fərqli yanaşdılar, bu da uzun illərdir mövcud olmalarından və 1 ilə yaxın hakimiyyətdə qala bilmələrindən irəli gəlirdi. Amma onların müxalifətin toparlanmasında elə fəaliyyətləri olmayıb, əksinə, tormuzlayıcı rol həyata keçiriblər. 44 günlük müharibə dövründə də onlar faktiki olaraq siyasi partiyaların birliyinə qoşulmadılar. Amma iş-işdən keçəndən və məsələ həll olunandan sonra ortaya çıxdılar. Yəni lazım olan anda ortaya dövlətçiliklə bağlı mövqe qoymaq, ordumuza, dövlətimizə dəstək vermək lazım idi. Bu prosesə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevə açıq dəstək vermək əvəzinə, onlar səslərini çıxarmadılar. Bu baxımdan cəmiyyətin qınağı ilə üzləşdilər".

Həmin partiyaların yeni qanunun tələblərinə cavab vermələrinə gəlincə, deputat deyib ki, onların ləğvi məsələsi qanunauyğun şəkildə həll olunmalıdır. Ayrı-ayrı fərdlər deyil, müvafiq orqanlar məsələni qaldırmalıdır.

Həmin siyasi qüvvələrin adının "Ramiz Mehdiyev işində" hallanmasına toxunan E.Musayev söyləyib ki, əvvəldən siyasi proseslərdə olan adamlar bilirlər ki, kimlər Ramiz Mehdiyevin əlindən su içiblər: "Onlar arasında siyasi təşkilatlar da, media təmsilçiləri də olub. İndi çoxları cəbhələrini dəyişib, amma siyasi partiyalar var ki, zaman-zaman Ramiz Mehdiyevlə əməkdaşlıq ediblər, parlamentdə təmsil olunublar. Sonra bir başqası parlamentdə təmsil olunub. Mehdiyevlə bağlı bizim 95-96-cı illərdən açıq mövqeyimiz var, başqalarının ortada mövqeyi yoxdu. Fürsətdən istifadə edib indi başqa mövqedən çıxış edirlər. Amma ölkədə hamı kimin kim olduğunu çox yaxşı bilir. Ramiz Mehdiyevin əlindən su içənlərin də kim olduğunu hamı yaxşı bilir. Onun xətti əvvəlcədən antimilli xətt idi, biz bunu dəfələrlə demişik və on illərlə əziyyət çəkmişik. Azərbaycan müxalifətinin bir hissəsi mütəmadi Ramiz Mehdiyevin komandası ilə əməkdaşlıq edib. Onların nəzarətində olan media, QHT-lərlə də gizlin şəkildə əmkdaşlıq olub".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri