“Axmaqların Birləşmiş Ştatları” İranlı deputatdan ABŞ yə sərt SÖZLƏR
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İranlı millət vəkili İbrahim Rəzai Hörmüz boğazı ətrafında artan gərginlik fonunda ABŞ barədə sərt ifadələr işlədib.
Redaktor.az xəbər verir ki, iranlı deputat sosial media platforması X-də paylaşdığı açıqlamada ABŞ-ni “Axmaqların Birləşmiş Ştatları” adlandırıb.
Rəzai yazıb: “Bu prezident və o axmaq müdafiə naziri ilə ABŞ əvəzinə USI – Axmaqların Birləşmiş Ştatları deməliyik”.
O, həmçinin bildirib ki, ABŞ dəniz qüvvələri “bütün donanması ilə belə” Hörmüz boğazından keçə bilməyəcək.
İranlı deputat Vaşinqtonu “ərköyün uşaq kimi davranmaqda” da ittiham edib.
Məlumata görə, bu açıqlamalar fevralın sonlarında başlayan münaqişə ilə bağlı bir aylıq atəşkəsin pozulmasında tərəflərin bir-birini günahlandırmasından sonra İran və ABŞ qüvvələri arasında yaşanan qarşıdurma fonunda səsləndirilib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 08 May 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















