Icma.az
close
up
RU
Axundu öldürmək istəyən "12ci imam"ın məhkəməsi keçirildi

Axundu öldürmək istəyən "12ci imam"ın məhkəməsi keçirildi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda "Məşədi Dadaş" məscidinin axunduna qarşı sui-qəsdə cəhddə təqsirləndirilən Elşən Hüseynovun cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclas zərərçəkən şəxslərin ifadəsi ilə davam edib.

Zərərçəkən Rəsul Həsənli - məsciddə xidmətçi vəzifəsində işləyən şəxs hadisənin necə baş verməsini danışıb: "Xidmətdə olduğum zaman Elşən məscidə daxil olaraq Hacı Əli Şərbətovla görüşmək istədiyini və onun qapısını açmağımı istədi. Mən bunun səbəbini soruşduqda isə özünü "on ikinci imam" kimi təqdim edərək içəri girməsini təkid etdi. Mən Hacının hazırda vaxtının olmamasını deyəndə, o mənim qulağıma və sinəmin aşağısından iki dəfə bıçaqla zərbə vurdu, qanın axdığını gördüm. Bundan sonra o məscidin həyətindən çıxaraq küçədəki marketə doğru qaçdı. Daha sonra oradakı insanlar təcili yardıma və polisə məlumat verdilər".

Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək sağlamlığına zərər vuran bir şəxsin layiqincə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Daha sonra şahidlərdən Elmira Əhmədova ifadə verib. Şahid məscidin yanındakı dini mağazada işlədiyini vurğulayaraq bildirib ki, o Rəsulu məscidin yanında qulağından qan axdığını görüb. Daha sonra o həyətdə yerə yıxılıb. Digər bir şəxsin isə məscidin həyətindən söyüş söyə-söyə qaçdığını görüb.

Digər şahid Dəyanət Mehdiyev isə məscidə ibadətə gələrkən qapının ağzında qan damcılarının olduğunu gördüyünü deyib. Qapının ağzında isə Elşən Hüseynovu görərkən, o "sonuncu peyqəmbərəm" deyərək Dəyanətin ordan təcili uzaqlaşmağını istəyib. Əks təqdirdə isə başının ağrıyacağını deyib. Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Noyabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri