Icma.az
close
up
RU
Ay tarixdə ilk dəfə 4G bağlantısına qovuşacaq

Ay tarixdə ilk dəfə 4G bağlantısına qovuşacaq

Icma.az, News24 portalına istinadən məlumat verir.

"Nokia"nın Ay səthi rabitə sistemi (LSCS) "Athena" eniş aparatına yerləşdirilib. Bu yenilikçi sistem, Ay səthində etibarlı və yüksək tutumlu 4G bağlantısı təmin edərək, gələcəkdə həm insanlı, həm də pilotsuz missiyalar üçün mühüm rol oynayacaq.

News24.az xəbər verir ki, "Nokia"nın peykimizdə 4G bağlantısını təmin edəcək Ay səthi rabitə sistemi (LSCS), "Intuitive Machines"in ikinci missiyası olan "Athena" eniş aparatına uğurla yerləşdirilib. 

"Athena"nın gələn həftə buraxılması planlaşdırılır və onun əsas məqsədi Ayda su buzunun mövcudluğunu ölçmək olacaq. Kosmik aparatda bir sıra elmi cihazlar yer alacaq və onlardan bəziləri eniş aparatı ilə əlaqə qurmaq, məlumat və görüntüləri Yerə göndərmək üçün LSCS-dən istifadə edəcək.

"Athena" "sonsuz gün batımı zirvəsi" adlandırılan Şeklton krateri yaxınlığında yerə enəcək. Bu bölgədə Günəş daim üfüqdə alçaq şəkildə görünür və heç vaxt batmır. Gələcəkdə "Artemis" proqramı çərçivəsində Ayda astronavtlar yerləşdirildikdə, onların bu bölgəni ziyarət edəcəyi gözlənilir.

"Nokia"nın 4G bağlantı sistemi "Nokia Bell Labs" və NASA, "qutu içində şəbəkə" prinsipi ilə işləyəcək bir 4G bağlantı sistemi hazırlayıb. Bu sistem "Nova-C" eniş aparatını, "Lunar Outpost" şirkətinin ilk tədqiqat aparatı olan Mobil Avtonom Araşdırma Platformasını (MAPP) və "Intuitive Machines"in sıçrayan aparatı "Micro-Nova Hopper"i bir-birinə bağlayacaq.

"Nokia Bell Labs Solutions Research"un prezidenti Tyerri E. Klayn verdiyi açıqlamada bildirib: “Mobil rabitə texnologiyalarının Ayda və nəticədə Marsda həyata keçiriləcək insanlı və pilotsuz missiyalar üçün tələb olunan etibarlı, yüksək tutumlu və effektiv bağlantını təmin edə biləcəyini sübut etməyi hədəfləyirik. Mobil texnologiya Yerdə rabitə qurma tərzimizi geri dönüşü olmayan şəkildə dəyişdi. Bunun digər planetlərdə də mümkün olmaması üçün heç bir səbəb yoxdur".

Yer kürəsində geniş istifadə edilən bu texnologiyanı Aya köçürmək asan görünsə də, əslində çox çətin bir prosesdir. Ayın mühiti Yerlə müqayisədə daha sərtdir və ekstremal temperatur dəyişiklikləri müşahidə olunur. Məsələn, ekvatorda gündüz 121°C-yə çatan temperatur gecə -133°C-yə qədər enə bilir. Şeklton kraterinin daim kölgədə qalan hissələrində isə temperatur -246°C-yə qədər düşə bilər.

Bundan əlavə, mexaniki gərginlik faktorları da nəzərə alınmalıdır. Sistem kosmosa buraxılarkən, Ay səthinə çatdıqda və eniş zamanı qarşılaşacağı sarsıntılara və qüvvələrə tab gətirməlidir. Həmçinin, Ay torpağının abraziv xüsusiyyətləri bu prosesə əlavə çətinliklər yaradır.

"Nokia" bu sistemi hazırlayarkən enerji sərfiyyatını minimuma endirməklə yanaşı, onu davamlı və etibarlı etmək məcburiyyətində qalıb. Çünki gözlənildiyi kimi, bu sistem Ay səthinə göndərildikdən sonra onun təmiri üçün texniki heyət göndərmək mümkün olmayacaq. /valyuta.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Fevral 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri