Icma.az
close
up
RU
Ayağı ayağın üzərinə qoyub əyləşmək çox ziyanlıdır

Ayağı ayağın üzərinə qoyub əyləşmək çox ziyanlıdır

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ayağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər.

İslaminsesi.info bildirir ki, insanlar adətən stulda əyləşən zaman bədən halını dəyişdirmək niyyətilə ayağını o biri ayağının üzərinə qoyarlar. Bu adət bir çox insanlar arasında çox yayılmışdır. Ancaq həkimlərin nəzərinə görə bu cür əyləşmək sağlamlığa mənfi təsir göstərər.

Onların nəzərinə görə ən ideal əyləşmək növü - hər iki ayağın bir-birinin yanında qərar tutmasıdır. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür.

İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir.

Həkimlərin nəzərinə görə bu cür əyləşən insanların ayaq damarları hörümçək toru kimi büruzə verməyə başlayar. Bu ehtimal qadınlarda 55, kişilərdə isə 45%-dir.

Ayağı ayağın üzərinə qoymaq qanın ürəyə qayıtmasına maneçilik yaradar. Nəticədə ayaq damarları zərər görər və zəifləyər. Qan ayaq damarlarında toplanar və hörümçək toruna bənzər hala gələr.

Mütəxəssislər bu fikirdədir ki, ayağı ayağın üzərinə qoymaq qan təzyiqinin müvəqqəti qalxmasına səbəb olar. Çünki ürəyə qayıtmalı olan qan bu cür əyləşmək nəticəsində böyük təzyiqlə geri qayıdar. İnsanın qan təzyiqi qalxar ki, bu yolla qanı ürəyə qaytara bilsin.

İnsan belə vəziyyətdə qan təzyiqinin qalxmasını hiss etmədiyinə görə əyləşməyə davam edər. Uzun zaman belə əyləşmək sağlamlığı təhlükə altına alar. Nəticədə qan ayaqlarda laxtalanar və damarların iltihabına səbəb olar.

Ona görə də həkimlər deyir ki, bu vəziyyətdə əyləşməyi sevən insanlar gərək 10-15 dəqiqədən çox belə əyləşməsinlər. Ayaqları aşağı salıb, bir qədər yol getsinlər.

Ayağı ayağın üzərinə qoymaq ürəyə ziyan vurduğu kimi, ayaqdakı əsəb tellərinə də ziyan vurur. Nəticədə əsəb telləri müvəqqəti olaraq iflic və hissiz olur. Həmin hal əsəb tellərinə ziyan vurar. Bu cür əyləşmək onurga lardozuna da səbəb ola bilir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri