Icma.az
close
up
RU
Kofe içənlərə VACİB MƏSLƏHƏT

Kofe içənlərə VACİB MƏSLƏHƏT

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Həkimlər darçınlı qəhvə içməyi tövsiyə edirlər. Mütəxəssislər iddia edirlər ki, bu ədviyyat qanda şəkərin səviyyəsini tənzimləməyə və şəkərin xeyli yüksəlməsinin qarşısını almağa kömək edən antioksidantlarla zəngindir. Bununla belə, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək başqa bir içki resepti də var. Bu, zərdəçallı qəhvədir.

Zərdəçallı qəhvənin faydaları və riskləri "Very Well Health"də dərc olunan məqalədə ətraflı şəkildə izah olunub.

Belə ki, alimlər zərdəçalın insan bədəninə təsirini araşdırıblar və aparılan tədqiqatlar nəticəsində zərdəçallı qəhvənin xeyli faydalı olduğunu aşkar ediblər. Onun faydaları kurkuminin (bu ədviyyatın aktiv tərkib hissəsi - red.) və qəhvənin özünün birləşməsindən qaynaqlanır. Mütəxəssislərin fikrincə, bu iki tərkib hissəsi birlikdə ürək və həzm sağlamlığını xeyli yaxşılaşdırır və çəkinin müəyyən mənada idarə olunmasına da kömək edir. Lakin bunlar içkinin yeganə faydaları deyil.

Zərdəçallı qəhvənin əsas faydalarından biri bədəndəki iltihabi prosesləri azaltmaqdır. Hansılar ki, onlar artrit, qıcıqlanmış bağırsaq sindromu və ateroskleroz kimi xəstəliklərə səbəb olur.

"Ürək xəstəliyindən əziyyət çəkən insanlar zərdəçallı qəhvəni içməyə başlasalar, dərhal onun faydalarını hiss edəcəklər. Araşdırmalar göstərib ki, qəhvə içmək insanların özünü daha ayıq, enerjili və zehni açıq hiss etmələrinə kömək edə bilər. Bu vərdiş potensial olaraq parkinson və Altsheymer kimi nevroloji xəstəliklərin uzunmüddətli inkişaf riskini də azalda bilər", - məqalədə yazılıb.

Elm adamları qeyd ediblər ki, zərdəçallı qəhvənin faydaları ilə yanaşı, onun yan təsirlərindən də xəbərdar olmaq vacibdir. Bəzi insanlar üçün bu içki sadəcə əks göstərişdən ibarət olur:

"Ədviyyatın bu formada qəbulunun yan təsirlərinə ishal, baş ağrısı, ürəkbulanma, səpgilər, qarın ağrısı, dişdə ləkələr və qorxunc sarı nəcis kimi simptomlar daxildir". (Publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Mart 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri