Icma.az
close
up
RU
Ayaqüstdə əldə telefon tutmaq bədənə 27 kqlıq təzyiqdir

Ayaqüstdə əldə telefon tutmaq bədənə 27 kqlıq təzyiqdir

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Son 10 ildə texnologiya inanılmaz dərəcədə dəyişib, ancaq bizim bioloji təkamülümüz bu inkişafdan geri qalır.

Hələ bir müddət əvvəl sensor ekranlı  və video əlaqəli telefonlar fantastika kimi görünsə də, hazırda bu heç kimi təəccübləndirmir.

Bu mükəmməldir, lakin bu texnologiyaların gətirdiyi vərdişlər sağlamlığımıza köklü şəkildə təsir edir və  təbii ki, müsbət istiqamətdə deyil...

Bilirsinizmi ki, ayaqüstdə dayanaraq bir əlinizdə telefon tutduqda bədəniniz sanki boynunuzda 6 yaşlı uşağı saxlayırmışsınız kimi ağırlıq hiss edir?

Siz supermarketdə növbədə dayandıqda Facebook səhifənizə göz gəzdirərkən və ya WhatsApp-da kiməsə mesaj göndərərkən bədəninizə düşən təzyiq analoji olaraq 27 kq-a bərabər olur.

Saglamolun.az bildirir ki, Nyu-Yorkda tibbi reabilitasiya klinikasının onurğa sütunu bölməsinin həkimi Kernet Hansraj başınızı əyərək mobil telefona baxdığınız zaman bədəninizdə nələr baş verdiyinin virtual modelini hazırlayıb.

Boynunuzu biraz qabağa verərək başınızı aşağı əydiyiniz zaman boyun fəqərələrinə elə dərəcədə təzyiq edirsiniz ki, bunu ağlınıza belə gətirə bilməzsiniz. Əgər bu halda 2-4 saat qalırsınızsa, deməli, həyəcan təbili çalmağın vaxtıdır.

Hansraj “Surgical Technology International” jurnalında dərc olunan məqaləsində qeyd edir ki, düzgün qamət qulaqların çiyinlərlə eyni zolaqda olduğu duruşdur. Bu vəziyyət stress dərəcəsini azaldır və kortizol səviyyəsini aşağı salır. Bu səbəbdən də qeyri-düzgün duruş forması bədənin vaxtından əvvəl sıradan çıxmasına və amortizasiyasına (dəyərlərini itirməsinə) yol açmaqla yanaşı eyni zamanda xroniki depressiya və halsızlığın mümkün səbəblərindən biridir.

Həll yolu

Bu problemin yaranmasının qarşısını almaq üçün telefonu düz qarşınızda, gözlərinizin səviyyəsində saxlayın. Başınızı əyməyin. Mətnin yazılması zaman planşeti 30 dərəcə bucaq altında tutmağa çalışın, elə ki, onun küncü biləklərinizi qorusun. Boyun çiyinlərlə eyni səviyyədə qalmalıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri