Icma.az
close
up
RU
ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Dəyişdi

Könlümdən keçəni yazmaq  istədim,

Fikrim dumanlandı,halım dəyişdi.

Gözümdə çağladı, bulaqlar, çaylar,

Sanki hər yamacım, yalım dəyişdi.

Bəlalı yurd kimi taleyim oldu,

Bölünmək qismətim, qəm neyim oldu.

Təsəllim gizlincə gileyim oldu...

Dünyada qulluğum, qulum dəyişdi.

Gördüm Xocalıda gülüm qırıldı,

Şuşada zil ötən telim qırıldı.

Obam yağmalandı, elim qırıldı

Yerişim, baxışım, yolum dəyişdi.

Min cür  fitnə yağdı, tufan başladı.-

Öldü yaşamağa güman,- başladı.

Şəhid balaların yeri başqadı;

Şəhidlik gəncləşdi, ölüm dəyişdi.

Allah töhfəsidi o tən sevgimiz,

Şükür! - azalmadı ötən sevgimiz.

Axır bütövləşdi Vətən sevgimiz

Yumruq dəmir oldu, qolum dəyişdi.

Hardasan

Uzun çəkən ayrılıqdan

Dönmüşəm daşa, hardasan?

Yad olub doğma ellərim,

Düşmüşəm  qışa hardasan?

Bulud kimi gözüm dolub,

O gənclik sürətim solub.

Həsrətin çörək-su olub

Qarışıb aşa, hardasan?

Əlacı yox dərd-azarın,

Bağlanıb o şən bazarım.

Qəlb göynədən arzularım

Yük olub başa, hardasan?

Hal əhliyəm - kədər məndə,

Bir yolçuyam duman-çəndə.

Arzu, niskil  ürəyimdə

Gəzirlər qoşa, hardasan?

Həmdəm yox dərdimi bölüm,

Yol gözləyir namərd ölüm.

Gül qoxuyan cavan ömrüm

Ötüşdü boşa, hardasan?

Ömür çay kimi çağladı,

Qəlbimiz qubar bağladı.

Qocalıq yaman haqladı,

Oldu tamaşa, hardasan?

Ruhum bir gün qanad açar,

Sonsuz səmalarda uçar.

Sellər sinəmdən yol açar,

Çağlayıb-coşar, hardasan?

 Şəhid anası

Bir ocağa qan çiləndi,

Yenə ürək silkələndi.

Bu qəfil xəbər kimdəndi?!

Ağlama, şəhid anası!

Bir dərd yüz dərdi oyatdı,

Xəncəri bağrıma batdı.

Bizi kimin ahı tutdu?!

Ağlama, şəhid anası!

Əl atma ağ saçlarına,

Yol vermə göz yaşlarına.

Bax!  - qazi qardaşlarına,

Ağlama, şəhid anası!

Şəhid - Vətənin  oğludu,

Şəhid - Vətənin qardaşı!

Qurumaz gözümün yaşı,

Ağlama, şəhid anası!

Bu gecə nə hay-haraydı

Dərdimi aləmə yaydı

Şəhidlik müqəddəs payıdı

Ağlama, şəhid anası.

Qoyma yarı yolda bizi,

Daha aldıq dərsimizi...

Ölməsək bağışla bizi!

Ağlama, şəhid anası!

Qıyma sönsün buçırağı,

Zərbimizə neylər yağı?!

Ucaldaq şanlı bayrağı,

Ağlama, şəhid anası!

Oldu

Vətən göylərində qaraldı bulud,

Dəryatək çalxandı doğma, ulu yurd.

Sanki gələcəyə qalmadı umud,

Sonu görünməyən bir tufan oldu.

Lal oldu, tutuldu dünyanın dili,

Susdu,yasa batdı  ötən bülbülü.

Fəlakət bürüdü obanı, eli

Vətənə nə çətin imtahan oldu.

Səmanı bürüdü körpə ahları,

Yer, Göy götürmədi bu günahları.

Son anda qovuşdu  şəhid ruhları

Qisasına şahid bu cahan oldu.

Oyat məni bu yuxudan

Bir səda düşdü başıma,

İşıq doğdu qaranlıqdan.

Yuxudursa, ey Yaradan,

Oyat məni bu yuxudan.

Bilmirdim kiməm, hardaydım,

Yol gedirdim, yarıdaydım.

Gah boranda, gah qardaydım,

Oyat məni bu yuxudan.

İnsan nədir,həyat nədir?

Bu qat-qat kainat nədir?

Bəlkə hər şey bəhanədi;

Oyat məni bu yuxudan.

Ölən kimdir, qalan kimdir?

Doğru kimdir, yalan kimdir?

Can müqəssir,ruh hakimdi...

Oyat məni bu yuxudan.

Oyat məni haqqı görüm,

Oyat ki, mən haqqa dönüm!

Müqəddəsdir  bəlkə ölum,

Oyat məni bu yuxudan.

Yaman qarışıb göy üzü,

Açılmır bəsirət gözü.

Yuxu bildim ömrümüzü,

Oyat məni bu yuxudan.

Özünlə apar

Dünyanı özümlə aparmıram ki...

S. Yusifoğlu

Getmə!ya dünyanı özünlə apar,

Yenə dünya boyda duyanın olum.

Qəlbim təsəlini sözünlə tapar;

Uzaq yollarında hayanın olum.

Başımda çağlayan dəli sevdanı

Döndər gül-çiçəyə, düz yollarına.

Köçür varlığıma qada-bəlanı,                                     

Döşənib  sürtərəm üz yollarına.

Bacarsan bu eşqi  dəfinə saxla,

Ruhum göy üzündən boylanar, baxar.

Şaxtalı günlərdə qoruya bilsən,

Hər bahar gələndə yenidən qalxar...

Sıxmasın  həsrətli baxışlar səni!

Mənim dualarım yetişmir  göyə.

Bilmirəm nə sirri-xudadı sevda;

Aşiqlər köz olur yar deyə-deyə.

Baxma ki, əllərim qoynumda qalır,

Bu dünya fanidi,kimim var mənim.

Sənsiz varlığımı duman-çən alır.

Qıyma yalqız qalsın könül həmdəmin!

Ələnər, çilənərbu göz yaşları.

Axıb qovuşanda,- gurdu,- deyərlər.

Bar-bəhər bitirər yolların üstə ;

Sevənin göz yaşı,- nurdu,- deyərlər.

Bu çinar mənimlə qoşa qocalır

Bir aylı gecəyə boylanan çinar

Sanki söz soruşur; məndən söz alır.

Könülm həsrət çəkir, alışır, yanır,

Bu çinar mənimlə qoşa qocalır.

Yellənir, baş əyir öz gövdəsinə,

Yarpaqlar tökülür, ömrü azalır.

Ancaq sadik qalıb əqidəsinə,

Bu çinar mənimlə qoşa qocalır.

Bir elin oxşarı var bu çinarda,

Yerinə, yurduna bağlı,- güc alır.

Boylanır hər yana gözü yollarda,

Bu çinar mənimlə qoşa qocalır.

Yaşında tarixin hikməti, sirri,

Sanki əzəməti göydən baç alır.

Bu yerin müqəddəs ocağı, piri --

Bu çinar mənimlə qoşa qocalır.

Fəsillər ömründən illər daşıyır,

Şaxtada,borandada xəyala dalır.

Bizim çinarlara yaman oxşayır,

Bu çinar mənimlə qoşa qocalır.

Günüzlər boğulur kədər gölündə,

Gecələr min həsrət havası çalır.

Fikri oba-oba Vətən çölündə,

Bu çinar mənimlə qoşa qocalır.

Yana-yana

Ürkək maral kimi gizli boylandın,

Gecə pərvanətək şama dolandın.

Sevdalı könlümə nə “tez” inandın?!

Sinəndə qızaran köz yana-yana.

Dinləmə qəlbinin dediklərini,

Axtarma dağların gədiklərini.

Sıx sinən üstünə hörüklərini,

Alışsın sinəndə söz yana-yana.

Məndən xəbərsiz ol, xəyaladalma,

Düşdüyüm odlara bir daha salma.

Oğrun baxışlarla könlümü alma,

Həsrət dənizində üz yana-yana.

Sönmüş bir ocağın qorubeynimdə,

Matəm libasıdır bu gün əynimdə.

Necə əzab yükü var hər çiynimdə;

Talehin hökmüdür, döz yan-yana.

 Vaxtıdır

Dağlara çən gəlib qar ələnibdir,

Yenə bağ-bağatın talan vaxtıdı.

Tar muğam çağlayır, saz dillənibdi;

Mənim gözlərimin dolan vaxtıdı.

Qalın meşələrin ovu hürküşür,

Ömür budağından yarpaqlar düşür.

Yaralı ceyranlar necə büzüşür,

Çöllərin saçını yolan vaxtıdı.

Görmək istəmirdik dağları çənsiz

Görmək istəmiriktarlanı dənsiz

Bir ahu can verir yaralı, sənsiz

Ala gözlərinin solan vaxtıdı.

Xatirə bağlamaz soyuq bir ürək,

Sinəmizvətənsiz qandı,ey fələk!

İnsan el-obasızde kimə gərək

Dağların sinəmdə qalan vaxtıdı.

Gəlmisən

Deyirlər ki, həsrət didib sinəni,

Baş götürüb sən havalı gəlmisən.

Eşqin odu alovlandı yenəmi?!

Keçib hər cür qalmaqalı, gəlmisən.

Dəli sevda haçan düşdü eyninə,

Məcnunsayaq libas geydin əyninə.

İllər boyu ağrı yığıb çiyninə,

Aşıb qarlı düzü, yalı gəlmisən.

Bu hicranın odu sənsən, qoru mən,

Bircə ömrün qarı sənsən, barı mən.

Dağ çəkilib; yarı sənsən, yarı mən,

Gecikmisən,-xoş dualı gəlmisən!

Yanaqlardan axıb sellər xəbərsiz,

Ömrü-günü dərib illər xəbərsiz.

Bağça-bağda solub güllər xəbərsiz,

Təbibsənmi,- nə dəvalı gəlmisən?!

Bu dağlarda duman da var, çən də var,

Yollar uzun; yaxında var, gen də var.

Görünməmiş sehir bəlkə səndə var?!

Bu gümanda çoxzavallı gəlmisən.

Yurdumuz hardan-haradı

Göydə ulduzlar sayrışdı,

Gözümdə zülmət qarışdı...

Övladım məndən soruşdu:

Yurdumuz hardan-haradı?

Oxudum onunüzündən;

“Qəibrm çatlayır dözümdən”.

Sordum tarixin özündən:

Yurdumuz hardan-haradır?

Anamız yuxuya həsrət,

Atamız keçdi neçə sədd.

Ölüm-itim -- bitməyən dərd

Yurdumuz hardan-haradır?

Keçmişdən keçdi xəyalım,

Baş qaldırdı yüz məlalım.

Köksümü dəldi bu halım;

Yurdumuz hardan-haradır?

Dərbənd,Təbriz, İrəvandı,

Borçalıdı, Naxçıvandı...

Neçə yerə parçalandı?!

Yurdumuz hardan-haradır?

Ağrılı nəğmələr seçdik,

Keçilməz yollardan keçdik.

Göz yaşını sutək içdik;

Yurdumuz hardan-haradır?..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see339

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see256

Dondurma dadında banan

13 İyul 2026 18:44see229

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see227

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see221

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see220

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see217

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see195

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see187

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see175

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see173

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see169

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see168

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see165

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see160

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see160

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see159

D 8 təşkilatının Baş katibi: Üzv dövlətlərlə praktiki əməkdaşlıq güclənəcək

13 İyul 2026 18:51see154

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see154

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri