AYB borclu şair və yazıçıların siyahısını dərc etməyi dayandırdı MÖHLƏT VERDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Üzvlük haqqı ödəməyənlərin siyahısını hələlik dərc etməyi dayandırmışıq. Bəzi üzvlərimizə möhlət vermişik”.
Redaktor.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, zərurət yaranarsa, siyahının davamı da dərc olunacaq:
“Möhləti tək siyahıda adı olanlara deyil, hər bir üzvümüzə vermişik. 10 gün ərzində yığılan borcu ödəməsələr, siyahının növbəti hissəsini də dövrü mətbuatda dərc edəcəyik. İlk siyahıdan sonra ödənişi edənlərin sayı artıb. Nisbətən canlanma müşahidə olunur. Yenə də zərurət yaranarsa, bunu davam etdirəcəyik. Əks halda fevralın 1-nə qədər üzvlük haqqını ödəməyən hər bir şair, yazıçı AYB-dən xaric olunacaq”.
Qeyd edək ki, AYB rəhbərliyi qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını hazırlayıb. İlk 58 nəfərin siyahısı dövrü mətbuatda dərc olunub. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















