Icma.az
close
up
RU
Tramp Zelenskiyə 7 gün möhlət verdi

Tramp Zelenskiyə 7 gün möhlət verdi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin bu il noyabrın 27-də qeyd olunacaq Şükranlıq günündən əvvəl Vaşinqton tərəfindən hazırlanmış sülh planını qəbul etməsini gözləyir. 

“Cebheinfo.az” xəbə verir ki, bunu danışıqlarla tanış olan Ukrayna rəsmiləri “Financial Times” (FT) qəzetinə bildiriblər.

Onlar bildiriblər ki, Amerika rəsmiləri dekabrın əvvəlinə qədər münaqişənin həlli prosesini başa çatdırmaq üçün sülh müqaviləsini Moskvada təqdim etməyi planlaşdırırlar. 

Lakin Ukrayna Prezidentinin ofisi hesab edir ki, ABŞ planında Kiyev üçün "qırmızı xətlər" təşkil edən bir neçə bənd olduğundan, bu müddətə əməl olunmayacaq. 

FT mənbələri əlavə ediblər ki, onlar əks təkliflər üzərində işləyirlər və bu təkliflər tezliklə Amerika tərəfinə təqdim olunacaq.

20 noyabrda Zelenski ABŞ ordusunun katibi Daniel Driskol ilə görüşüb. “Axios”-un məlumatına görə, Driskol sülh planını Ukrayna liderinə təqdim edib və onun imzalanması üçün "aqressiv cədvəl" barədə razılığa gəlib. Zelenski "Ukrayna xalqı üçün vacib olan fundamental prinsipləri" müəyyən etməklə yanaşı, müharibənin bitməsi üçün sənədin müddəaları üzərində işləməyə razılaşıb. 

Prezident Driskoll ilə görüşdən sonra qeyd edib ki, Ukrayna ABŞ və Avropadakı və dünyada dostlarımıza və tərəfdaşlarımıza sadiqdir.

Daha sonra ukraynalı deputat Aleksey Qonçarenko 28 maddəlik ABŞ sülh planını dərc edib. Planda Krım, Luqansk və Donetskin faktiki olaraq Rusiya əraziləri kimi tanınacağı, Kiyevin qoşunlarını Donetsk vilayətinin işğal olunmamış hissəsindən çıxaracağı, Zaporojye və Xerson vilayətlərində isə tərəflərin təmas xətti boyunca hərbi əməliyyatları donduracağı qeyd olunur. 

Ukrayna, həmçinin NATO-ya qoşulmaqdan imtina etməsini konstitusiyasında təsbit edəcək, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını 600000 nəfərlə məhdudlaşdıracaq və NATO qoşunlarının ölkədə yerləşdirilməsini qadağan edəcək. Öz növbəsində, Rusiyaya qarşı sanksiyalar tədricən aradan qaldırılacaq və Moskvanın G8-də fəaliyyəti bərpa olunacaq.

Bundan əlavə, ABŞ və Avropa dondurulmuş Rusiya aktivləri və öz investisiyalarından istifadə edərək Ukraynanı yenidən qurmaq üçün çalışacaqlar. Kiyev ABŞ-dən təhlükəsizlik zəmanəti alacaq, Moskva isə Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsdiqləyəcək. Ukraynada, həmçinin müqavilə imzalandıqdan 100 gün sonra prezident seçkiləri keçirilməsi planlaşdırılır.

Trampın xüsusi nümayəndəsi Stiv Vitkov təklif olunan sülh planı üzərində işləyib. O, həmçinin Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə məsləhətləşib. Dmitriyev sülh planında iştirakını təsdiqləyib və onun uğur şanslarını yüksək qiymətləndirib: "Biz hiss edirik ki, Rusiyanın mövqeyi həqiqətən eşidilir".

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Tramp Zelenski

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri