AYB üzvləri dil imtahanı versinlər Məleykə Abbaszadədən ÇAĞIRIŞ
Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər".
Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib.
"Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".
Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Mart 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















