Icma.az
close
up
RU
Aydan videomuzu tiktokda paylaşdı, arvadım gördü

Aydan videomuzu tiktokda paylaşdı, arvadım gördü

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunda 33 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 27-də Xırdalan şəhərində baş verib. 1993-cü il təvəllüdlü Sərxan həmin gün saat 20 radələrində qeyri-rəsmi birlikdə yaşadığı Aydana məxsus evdə olan zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla onun üzünə, başına vurub. Daha sonra stolun üzərində olan şüşə flakonu ataraq sağ qulaq seyvanının qançırı ilə nəticələnən xəsarətlər yetirib. Həmçinin əlində yanlı vəziyyətdə olan siqareti sağ diz nahiyəsinə basıb. 
İş üzrə izahat verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aydan ilə ötən ilin martın 16-da tanış olub:
“Aprel ayından bu yaxına qədər qeyri-rəsmi münasibətim olub və Aydana məxsus Xırdalan şəhərindəki evdə yaşamışıq. Orada yaşamağımın səbəbi isə Aydanın mənə tək yaşamağa qorxduğunu deyib, özü mənimlə həmin evdə yaşamaq istəyi olub. Aydan mənim evli olduğumu bilə-bilə mənimlə olan videosunu özünə məxsus “Tik-tok” sosial şəbəkə hesabında icazəsiz paylaşdığı üçün ailə üzvlərim həmin videonu görüb. Buna görə də arvadımla hazırda boşanma ərəfəsindədiyik”. 
Təqsirləndirilən şəxs deyib ki, buna görə onunla Aydanın arasında həmin ilin iyulun 27-də, axşam saatlarında ona məxsus evdə aralarında olan mübahisə yaranıb.
"Bu zaman Aydanı yumruq, şillə və şüşə dərman qabını başına və qulağına vuraraq xəsarət yetirməmişəm. Ona yalnız mübahisə zamanı masada boşqabda olan kolbasanı başına ataraq vurmuşam. Həmin mübahisədən sonra isə hər ikimiz mehribanlaşmışıq, yenidən spirtli içki qəbul edərək yaxın münasibətdə olmuşuq. Sonra Aydan mənim qucağımda əyləşib və birgə siqaret çəkərkən ehtiyatsızlıqdan söndürmək istədiyim siqaret onun bud nahiyəsinə dəyib. Çünki, kül qabı Aydanın dizinin üstündə idi”. 
Sərxan deyib ki, həmin gündən sonra, yəni iyulun 28-də, saat 17 radələrində Aydan ona uşağı bağçadan götürərək evə qayıdacağını deyib və bacısıgilə gedib:
“Buna görə də Aydana telefonda evindən paltarımı verməyini, evində bir daha qalmayacağımı, gedəcəyimi demişəm. Həmin gün axşam saat 22 radələrinə dostum Natiqlə birlikdə Aydanın evinə getmişəm. Evdə bacısı ilə birgə olan Aydan paltarları verərkən aramızda sözlə mübahisə olsa da, həmin mübahisə zamanı onu vurmamışam. Sadəcə əlimə bıçaq alaraq özümə xəsarət yetirəcəyimi bildirərək hədələmişəm”. 
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, azyaşlı qız övladı ilə birlikdə yaşayır:
“Mən Sərxan ilə təxminən 3 aydır ki, qeyri-rəsmi münasibətdə özümə məxsus evdə yaşamışıq. Sərxan mənimlə tanış olan vaxt evli olmağını gizlətdi. Bunu bir ay sonra bildim və ondan ayrılmaq istəsəm də, mənə sözlə hədə-qorxu gələrək ayrıla bilməyəcəyini bildirdi. Eyni zamanda, Sərxan dəfələrlə evdə içib, sərxoş olaraq özünə xəsarət yetirərək məni tutduracağı ilə hədələyib”. 
Aydan deyib ki, 2025-ci ilin iyulun 27-də, saat 21 radələrində birgə yaşadıqları evdə Sərxana verdiyi borc pul, kreditlə götürdüyü telefonun pulu və digər borclarına görə aralarında mübahisə yaranıb:
“Mübahisə zamanı Sərxan mənə yumruq, şillə və şüşə dərman qabın başıma və qulağıma vurdu. Eyni zamanda yanan siqaret kötüyünü iki dəfə ayağıma basaraq xəsarət yetirdi. Sərxanın məni hədələməsindən qorxmuşam və həmin vaxt bu barədə heç bir yerə şikayət etməmiəm. Lakin iyulun 28-də, saat 18 radələrində qızımı bağçadan götürərək bacımın evinə getdikdən sonra Sərxana zəng etdim və ondan ayrılacağımı, pal-paltarını götürməsini istədim. Buna görə də axşam saat 22 radələrinə qızım və bacım ilə birlikdə öz evimə getdim. Bir müddət sonra Sərxan əvvəllər tanıdığım Natiq adlı şəxslə paltarlarını götürmək üçün gəldi. Mən Sərxana məxsus paltarları ona təhvil verdiyim  zaman o, “məndən ayrıla bilməzsən" ifadəsini işlətdi, mətbəxdə yerləşən soyuducunun yanında olan bıçağı əlinə aldı, məni hədələyərək bədənimin müxtəlif nahiyyələrinə vurdu. Sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək, özünü öldürüb, məni tutduracağını bildirdi. Bundan sonra isə getdi. Sonradan mən də bacımgilə getdim. Amma Sərxan zəng etdi və yenidən evimə gəldiyini, geri qayıtmayacağım təqdirdə özünü öldürəcəyini bildirdi. Bundan sonra qorxduğum üçün bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs Cinayət Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan azad edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri