Icma.az
close
up
RU
Aydın’da ilk Novruz bayramı: milli kimlik, mədəniyyət və birlik ruhu ilə keçirildi FOTOLAR

Aydın’da ilk Novruz bayramı: milli kimlik, mədəniyyət və birlik ruhu ilə keçirildi FOTOLAR

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk dünyasının ən qədim bayramlarından biri olan Novruz bayramı, bu il ilk dəfə Türkiyənin Aydın bölgəsində böyük coşqu ilə qeyd olunub. SİA xəbər verir ki, Adnan Menderes Universitetinin magistrantı Nigar Şahverdiyevanın təşəbbüsü və Aydın Türk Ocaqlarının dəstəyi ilə təşkil edilən bu tədbir, yalnız bir bayram şənliyi deyil, eyni zamanda milli kimliyimizin, mədəni irsimizin və tarixi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib. Bayram şənliyi iftar süfrəsi ilə başlayıb və beləliklə həm də oruc tutanların rahatlıqla iştirak edə biləcəyi birlik, qardaşlıq və səmimiyyətin rəmzi olan bir tədbir təşkil edilib. Bu tədbir İftar süfrəsi qonaqları, Aydın Türk Ocaqları və Adnan Menderes Universitetinin üzvləri, müxtəlif bölgələrdən gəlmiş azərbaycanlılar, türk və digər dost xalqların nümayəndələrini bir araya gətirib.

Tədbirin əsas hissəsinə keçildikdən sonra Azərbaycanın zəngin mədəniyyətini təmsil edən mahnılar və rəqslər təqdim olunub. Azərbaycan milli musiqi alətləri, tar və kamança ilə müşayiət olunan xalq mahnıları ifa edilib. Tədbir boyu, Azərbaycanın qədim mədəniyyətinə aid müxtəlif folklor nümunələri də təqdim edilib. Bu çıxışlar iştirakçılara Novruzun yalnız bir bayram olmadığını, həm də dərin mənəvi və fəlsəfi bir təcrübə olduğunu xatırladıb.

Tədbirin ən yaddaqalan anı isə tonqalın yandırılması olub. Bu mərasimdə, tonqal ətrafında toplanan iştirakçılar, birlik və həmrəylik rəmzi olaraq bir-birlərinə əl verib, yallı rəqsi ilə bayramın qədim ənənələrini yaşayıb. Tonqalın ətrafında keçirilən bu mərasim, təkcə bir bayram ritualı olaraq deyil, həm də Azərbaycan xalqının uzun tarixi boyunca yaşadığı çətinliklərdən sonra gələn yenilənmə, təzələnmə və birliyin rəmzi kimi əhəmiyyət daşıyıb. Bu an, həm də Türkiyədəki azərbaycanlılar və digər türkdilli xalqlar üçün mədəniyyətlərini yaşatmaq, qorumaq və təbliğ etmək adına mühüm bir addım olub.

Prof. Dr. Ahmet Toksoy: Novruz Bayramı, Ergenekon Kutlamasıdır

Aydın’dakı Novruz bayramı tədbirində prof. Dr. Ahmet Toksoy, Novruzun yalnız bir təbiət hadisəsi və ya bayram olmaqla qalmadığını, həm də Türk dünyasında köklü bir tarixi simvol daşıdığını ifadə edib. Onun sözlərinə görə, Novruz, Türk xalqının qədim tarixi və mədəni irsini yaşadan, Türk dünyasında birlik və gücün rəmzi olan bir bayramdır. “Novruz, Ergenekon’un kutlamasıdır,” deyə Prof. Dr. Ahmet Toksoy əlavə edib. Onun izahına görə, Ergenekon əfsanəsi, Türk xalqının böyük bir məğlubiyyətin ardından dirilməsi və yeni bir başlanğıc yaratmasıdır. Bu, Türk millətinin əzmkarlığını, gücünü və yenidən doğuluşunu simvollaşdıran bir tarixdir. Ergenekon hadisəsi, Türk xalqının bütün çətinliklərə qarşı çıxıb özünü yenidən inşa etməsi ilə əlaqəlidir, və bu anlayış Novruzun da mənası ilə uyğundur. “Novruz, Ergenekon’un bayramıdır; bu, Türk xalqının birliyini və gücünü təzələyən, millətin öz tarixi və mədəni kimliyi ilə yenidən doğulmasının simvoludur", deyərək Toksoy əlavə edib.

Aydın’dakı Novruz bayramı tədbirində Türk Ocakları başqanı Eyüp Doyuran isə tədbirin Türk birliyi və mədəniyyətin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Eyyüp Doyuran, bu cür tədbirlərin Türk xalqlarının birliyini və gücünü təbliğ etməyə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Novruz, yalnız bir bayram deyil, həm də Türk kimliyinin, tarixinin və mədəni irsinin yaşadılması və yenidən doğulmasıdır.

Eyyüp Doyuran, Türk birliyinin gücləndirilməsi üçün bu cür tədbirlərin vacib olduğunu qeyd edərək, “Bizlər bir qardaş xalqlarıq və birlikdə daha güclü olmalıyıq” dedi. O, həmçinin Novruz bayramının Türk dünyası üçün birləşdirici bir simvol olduğunu və bu cür bayramların gələcək nəsillərə mədəni dəyərlərin ötürülməsində rol oynadığını vurğulayıb.

Tədbirin təşkilatçısı Nigar Şahverdiyeva isə bildirib ki, bu təşəbbüsün əsas məqsədi milli və mədəni irsimizi qorumaq, tanıtmaq və yaşatmaqdır. Onun sözlərinə görə, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, milli dəyərlərimizi unutmaq və itirmək olmaz.

“Bu tədbiri keçirməkdə məqsədimiz təkcə Novruz bayramını qeyd etmək deyil, həm də milli-mədəni irsimizi qorumaq, gələcək nəsillərə ötürmək və Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır. Öz doğma torpaqlarından uzaqda yaşayan azərbaycanlılar üçün bu cür tədbirlər, vətənlə bağlarını möhkəmləndirmək və birlik hissini gücləndirmək baxımından çox vacibdir. Biz öz dilimizi, musiqimizi, ənənələrimizi yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Novruz bu baxımdan, sadəcə bir bayram deyil, milli şüurun və azadlıq ruhunun dirçəlişidir.”
O həm də qeyd etdi ki, “Aydın’dakı Novruz bayramı təkcə azərbaycanlılar üçün deyil, Türkiyədəki digər xalqlar üçün də bir yığıncaq, mədəni paylaşım və həmrəylik simvoluna çevrilib”.

Nigar Şahverdiyeva, bu tədbirin hər il keçirilməsinin önəmini vurğulayaraq bayramın əhəmiyyətini daha geniş auditoriyaya çatdırmaq və xüsusilə də gənc nəslə tanıtmaq məqsədlərinin olduğunu deyib. “Bu, sadəcə Aydındakı bir tədbir deyil, həm də bütün Türkiyə və Türk dünyası üçün Novruzun əhəmiyyətini daha da artırmaq üçün atılan bir addımdır. Novruzun gələcəkdə daha böyük tədbirlər və festivallarla qeyd olunacağına ümid edirəm”, – deyə o əlavə edib.

Beləliklə Türkiyədəki azərbaycanlılar, türkmənlər, qırğızlar və digər türk xalqları, bu tədbir vasitəsilə birlikdə yaşamağın və eyni köklərə bağlı olmağın əhəmiyyətini bir daha hiss etdilər. Hər bir iştirakçı, Türk dünyasının müxtəlif mədəniyyətlərini bir araya gətirərək, həmrəylik içində bayram etdilər və bu onların ortaq mədəni irslərini yaşatmaq baxımından əvəzsiz bir təcrübə oldu. Bu tədbir, həmçinin Türkiyədəki digər xalqlar üçün də bir model oldu. Burada, Türk xalqının müxtəlif təbəqələri və Türk dünyasının digər xalqları arasında birlik və qarşılıqlı hörmətin möhkəmləndirilməsi üçün mühüm bir platforma çevrildi. Sevindirici məqamlardan biri də bu idi ki, tədbir boyunca azərbaycanlı tələbələr öz çıxışlarını azərbaycan dilində etmiş və qonaqlar heç bir çətinlik çəkmədən azərbaycan dilinin zərifliyindən zövq almışdır.

Tədbirin sonunda, Aydın Türk Ocaqlarının rəhbəri və digər təşkilatçılar iştirakçılara təşəkkür edərək, bu cür tədbirlərin önəmindən danışdılar. Onlar, Novruz bayramının təkcə bir xalqın bayramı deyil, bütün Türk dünyasının ortaq mədəni dəyəri olduğunu və bu kimi tədbirlərin Türk xalqları arasındakı əlaqələri daha da möhkəmləndirdiyini vurğuladılar. Hamı birgə yekun olaraq “Novruz bayramınız mübarək!” deyərək bayramın ən böyük məqsədinə- birlik, sülh və vəhdət mesajına sadiq qalaraq tədbirə son qoydular. Bu da göstərdi ki, Novruzun əhəmiyyəti yalnız bir bayram olmaqla qalmır, o həm də bir xalqın həyatının hər bir mərhələsini, tarixini və mədəniyyətini yaşatmağın simvoluna çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Mart 2025 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see190

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see160

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri