Icma.az
close
up
RU
Novruz bayramı: Milli birlik və həmrəylik rəmzi

Novruz bayramı: Milli birlik və həmrəylik rəmzi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tarixi qədim, həmçinin özünəməxsus adət-ənənələri və ritualları olan Novruz bayramını hər il xalqımız böyük təntənə və coşqu ilə qeyd edir. Adət-ənənələrimizi və mənəvi dəyərlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin, bərabərliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə hörmət, diqqət və qayğı ilə yanaşılması kimi sağlam təməllər üzərində qurulmuş və yaşadılmışdır.

Novruz bayramı sağlamlığın, bərəkətin, firavanlığın başlanğıcı kimi yaddaşlara həkk olunmuşdur. Xalqımız zaman və tarixi dövrlər dəyişilməsinə baxmayaraq bu adət-ənənələri nəsildən nəsilə ötürərək daima yaşatmışdır.Sovet dövründə Novruz bayramına müəyyən qadağalar qoyulmasına baxmayaraq Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Ölkəmizdə hakimiyyətə gəlişi ilə xalqımızın milli-mənəvi dəyərlərinin təcəssüm olunduğu Novruz bayramına rəsmi səviyyədə münasibət dəyişdi. Ulu Öndər Ölkəyə rəhbərliyi dövründə bir çox çətinliklərə və maneələrə sinə gərərək, həmçinin imperiyanın sərt qadağalarına baxmayaraq xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinin yaşadılması üçün bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində Novruza olan qadağalar ləğv olunmuş və xalqımız kütləvi Novruz şənlikləri keçirməyə başlamışdı. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə olan diqqət və qayğısı daha da artmışdı. Ulu Öndər hər il ümumxalq bayram şənliklərinə qatılaraq xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, ölkə vətəndaşlarına xoş arzularını çatdırırdı. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində deyirdi: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramı¬dır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bay¬ramlarıdır, bir qismi xalq, din bayram¬larıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi və təşəbbüsü ilə Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə və çoxminillik adət-ənənələrimizə xüsusi diqqətlə yanaşaraq Novruz bayramını hər il yüksək səviyyədə keçirilməsini təmin edir. Qürurverici haldır ki, Novruz bayramı torpaqlarımızın düşmən tapdağından azad edildiyi bütün ərazilərimizdə qeyd olunur. Dövlət başçısı 18 mart 2024 – cü il tarixdə Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək bildirdi ki, dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.
Xoşbəxtlik, sevinc və qürur hissi ilə qeyd etmək lazımdır ki, Novruz bayramı Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharətinin, yenilməz, güclü iradəsinin və qətiyyətinin, rəşadətli Azərbaycan Ordusunun cəsarətinin, qorxmazlığı, döyüş əzminin və peşəkarlığı sayəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyi bütün ərazilərimizdə böyük fərəh və coşqu ilə qeyd edilir.

Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri