Icma.az
close
up
RU
“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!”

“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu Şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov qadın obrazlarına görə sosial şəbəkələrdə zaman-zaman tənqid olunur, lakin "Ev Dar" adlı son konsert monların son çıxışı ehtirasları yenidən alovlandırıb.

“Vallah, mən bilmirəm niyə insanlar iki yerə bölünüb. Fikrimcə, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov çox gözəl aktyorlardır".

Bunu “Yeni Sabah”a Milli Məclisin deputatı Aqil Abbas bildirib.

O, həmkarı Fazil Mustafanın əksinə, aktyorların tərəfini tutub və onların səhnədə qadın obrazına girməsinə normal yanaşıb:

“Yumorları da gözəldir, xalq da onları sevir. Aktyorların qadın paltarı geyinməsi ta qədimdən olub, dünyanın hər yerində geniş yayılıb. Burada nə var ki?! Əsas olan onların nə geyindiyi yox, yumorları, xalqı güldürməsidir”.

Aqil Abbasın sözlərinə görə, tamaşaçını güldürmək xüsusi bacarıqdır:

 “Onların yumoru şəxsən mənim ürəyimcədir. Hətta Heydər Əliyev Sarayında illər öncə olan konsertlərində də iştirak etmişəm. Son konsertlərinə isə televizorda baxmışam, xoşuma gəlib. Mükəmməl iş görürlər, niyə aktyorların qadın paltarı geyinməsi bu qədər şişirdirlir?! 

Aygün Bəylər də kişi paltarı geyinirdi, ona deyirdilər ki, niyə belə geyinirsən?! Bu nə absurd yanaşmadır?! Düzgün deyil. Onlar aktyordur və işlərini də peşəkarcasına görürlər. Mən onların ikisinə də uğurlar arzulayıram!”

Xatırlatma: Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, müəyyən hallarda qadın obrazına girmək sənətdə qəbul oluna biləcək hal olsa da, bunun ardıcıllığa çevrilməsini doğru saymır. Onun sözlərinə görə, mövzu seçimi və ədəbi ölçülərin qorunması tamaşaçının gözündə sənətin dəyərini müəyyən edən əsas amillərdir.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Noyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri