Aygün Kazımova və rus modelin çox danışılacaq görüntüləri Sevgi, ehtiras və ayrılıq
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hər layihəsi ilə şou-biznes gündəmini silkələməyi bacaran Xalq artisti Aygün Kazımova növbəti işini sevənlərinin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, Pop kraliça bu dəfə “Onun adı nə idi?” adlı yeni mahnısını təqdim edib. Bəstənin söz və musiqisi Miroya məxsusdur.
Ölkənin əsas ulduzu bu işində də ənənəsinə sadiq qalaraq iddialı və yaddaqalan ekran işi ilə diqqət çəkib. Bu dəfə Kazımova Rusiyanın ən məşhur modellərindən biri olan Denis Perişkonu klipində tərəf müqabili kimi seçib. Kazımovanın dəvəti ilə model Bakıya gəlib.
Klipin rejissorluğu Delee Orucluya həvalə olunub, kreativ direktoru isə dünyaca məşhur modelyer Rüfət İsmayıldır.
Sevgi və ayrılıqdan bəhs edən ekran işində Kazımova 5 fərqli və füsunkar obrazda kamera qarşısına keçib.
Qeyd edək ki, klip artıq Aygün Kazımovanın rəsmi “YouTube” kanalında və dijital platformalarda yayımlanıb.
Baxış sayı:111
Bu xəbər 24 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















