Aygün Kazımovanın 13 dekabr Moskva konsertində sürpriz
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Aygün Kazımovanın Moskva konsertinə sayılı günlər qalıb.
Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu konsert üçün xüsusi hazırlaşır. Dekabrın 13-də Moskvanın konsert zalında baş tutacaq gecə ilə bağlı maraqlı məqam açıqlanıb.
Belə ki, Pop kraliça sevənlərinə sürpriz edəcək. Həmin gün səhnəyə Divanın müğənni qızı İlqarə Kazımova da çıxacaq.
Tədbirin xüsusi qonağı olacaq İlqarə üçün bu konsertin özəl mənası var. Belə ki, müğənni düz 20 il əvvəl anası ilə Kremldə səhnə bölüşüb. Gecə ilə bağlı təəssüratlarını bölüşən İlqarə xüsusi hazırlaşdığını bildirib:
“20 il əvvəl anamın 35 illik yubiley konsertində səhnəyə çıxanda bunun illər sonra belə gözəl bir xatirəyə çevriləcəyini təsəvvür etməzdim. İndi isə yenidən anamla eyni səhnəni bölüşməyə hazırlaşıram. Bu dəfə Moskva səhnəsində, bizi sevən və dəstəkləyən soydaşlarımızın qarşısında olacağıq. Mənim üçün bunun yeri tamam başqadır. Həm böyük həyəcan, həm də sevinc hissi keçirirəm. 13 dekabr tarixinə xüsusi hazırlaşıram. İstəyirəm ki, həmin gecə hər kəs üçün gözəl musiqi xatirəsinə çevrilsin. Moskvada görüşənədək!”
Qeyd edək ki, konsertə biletləri www.aygun.az saytından əldə edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Noyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















